Accessibility links

Cəlalabadda təhlükəsizlik qüvvələrinə hücum edilib


Yerli rəsmilərin bildirdiyinə görə, bazar ertəsi Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində təhlükəsizlik qüvvələrinə yeni qəbul edilənlərin olduğu mikro-avtobusa intiharçı bomba hücumu zamanı azı 10 nəfər ölüb, 27 nəfər yaralanıb.

Nanqarhar vilayəti qubernatorluğunun sözçüsü Afaulla Xoqyani bombanın rikşa tipli antomobildə partladıldığını deyib. Yerli mənbələr xəsarət alanlar arasında mülki vətəndaşların da olduğunu bildirib.

Nanqarhar Vilayət Şurasının üzvü Zöhrab Qaderi deyib ki, yaralılardan bəziləri ağır vəziyyətdədir.

Hücumun məsuliyyətini öz üzərinə götürən olmasa da, son illər İslam Dövləti militantları Nanqarharın əsas şəhəri olan Cəlalabadda hökumət idarələrinə, məktəblərə və yardım qruplarına qarşı hücumlar həyata keçirir.

Birləşmiş Ştatların hərbi qüvvələrini çıxararaq, 18 il davam edən müharibəyə son verə biləcəyi ilə Talibanla sülh sazişinin imzalamasına az qalmış Donald Tramp Amerika-Taliban danışıqlarını qəfildən dayandırıb. Bu danışıqların Talibanla Əfqanıstan qüvvələri arasında atəşkəs və ölkə üçün sabitlik mövzusunda müzakirələrə səbəb olacağı gözlənilirdi.

XS
SM
MD
LG