Accessibility links

Əfqanıstan ABŞ-ın böyük bir hərbi bazasını da yerli qüvvələrə təhvil verdiyini təsdiqləyib


Əfqanıstan rəsmiləri cümə günü ABŞ və NATO hərbçilərinin ölkədən çıxarılma prosesinin davam etdiyini və ABŞ-ın başqa böyük bir hərbi bazasını da yerli qüvvələrə təhvil verdiyini təsdiqləyib.

Baza cənubi Qəndəhar vilayətində yerləşir və təxminən iyirmi il davam edən Əfqanıstan müharibəsinin ən qızğın olduğu dövründə orada təxminən 30 000 xarici qüvvə və podratçı xidmət edirdi.

Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Fəvad Aman Twitter səhifəsində Qəndəhar hərbi hava limanının nəzarətinin bu həftə yerli qüvvələrə təhvil verildiyini yazıb.

"Düşərgələrin və bazaların Qətiyyətli Dəstək qüvvələrindən Əfqanıstan qüvvələrinə təhvil verilməsi prosesi uğurla davam edir" - deyə Aman Twitter səhifəsində yazıb.

Qoşunların çıxarılması rəsmi olaraq mayın 1-dən başlayıb və ABŞ-ın Mərkəzi Komandanlığı çərşənbə axşamı bu prosesin "6-12% arasında" başa çatdığını elan edib. Komandanlıq Əfqanıstandan 100 yük təyyarəsi qədər avandalığın çıxarıldığını və əlavə 1800 avadanlığın məhv edilmək üçün təhvil verildiyini bildirib.

Pentaqonun mətbuat katibi Con Kirbi cümə axşamı jurnalistlərə verdiyi açıqlamasında "ordunun çıxarılma prosesi qrafik üzrə davam edir" deyib.

Lakin o, ABŞ ordusunun təhlükəsizliyini əsas gətirərək, əməliyyatlar barədə əlavə məlumat verməkdən imtina edib.

Kirbi xarici qüvvələrin çıxarılma əməliyyatları zamanı Talibanın hücumuna məruz qalıb-qalmadığına dair suala "prosesə təsiri olmayan kiçik hücumlar oldu" deyə, cavab verib. Bu arada isə Kabil polisi bildirib ki, Əfqanıstan paytaxtının şimalında cümə namazı zamanı məsciddə həyata keçirilən bomba hücumu azı 12 dindarın ölümünə, 15-dən çoxunun yaralanmasına səbəb olub.

Hücumun məsuliyyətin öz üzərinə götürən olmayıb. Taliban bu hücumda əli olmadığını deyib.


Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG