Accessibility links

Əfqan qaçqınlar Avropa sərhədlərində


Əfqan qaçqınlar Avropa sərhədlərində
please wait

No media source currently available

0:00 0:03:26 0:00

Əfqan qaçqınlar Avropa sərhədlərində

Avropanın Əfqanıstandan qaçqın axını qorxusu artdığı bir zaman Yunanıstan Türkiyə ilə sərhədi boyunca divarın inşasını başa çatdırıb. Henri Ricvellin bildirdiyinə görə, 2015-ci ilin Avropa miqrant böhranı ilə bağlı xatirələr hələ də güclüdür, lakin bir çox təhlilçilər deyir ki, altı ildən sonra miqrantların Avropaya daxil olmaları daha da çətinləşib.

Yeni divar Yunanıstanın Türkiyə ilə quru sərhədinin 40 kilometr uzunluğundadır. Əfqanıstandan Avropaya qaçqın axını gözlənildiyinə görə, Yunanıstan inşanı sürətləndirib. Yunanıstanın Vətəndaş Müdafiəsi Nazirliyindən Mixalis Krisokoidis: "Biz insanların demokratik hüquq və azadlıqlarını dəstəkləyirik, lakin baş verə biləcək miqrant axınının alət olmasına icazə verə bilmərik."

Yunanıstan qaçqınlarla Avropa İttifaqının siyasətinə və beynəlxalq hüquqa uyğun davranacağını bildirib. Bu ölkə 2015-ci ildə 1,2 milyon qaçqın və miqrantın Avropaya əsas qapısı olub. Onlardan çoxu vətəndaş müharibəsindən qaçan suriyalılar idi.

Avropa liderləri son günlər miqrasiyanın yenidən baş qaldıracağı ilə bağlı narahatlıqlarını bildirib. Miqrasiya üzrə təhlilçi Helena Han bu narahatlıqların səhv olduğunu deyir. Qaçqınlar üzrə təhlilçi Helena Han: "Qonşu ölkələrin əngəlləyici və məhdudlaşdırıcı tədbirləri, eləcə də Talibanın özünün də öz gündəmini ortaya qoymağa davam etməsi əslində insanların ölkəni tərk etməsinin qarşısını alacaq. Məsələn, İran dəfələrlə sərhəd keçidlərini bağlayıb və qaçqın düşərgələrinin ölkə daxilində olmalı olduğunu deyib. Türkiyə İranla sərhəddə divar inşa edib və repatriasiya mərkəzlərinin imkanlarını artırıb"

Alınan tədbirlərə baxmayaraq, bir çox əfqan Türkiyəyə girməyi bacarıb. Bu miqrantlar ölkənin şərqindəki Van şəhərində saxlanır. "Avropa və digər ölkələrin bizə yardım etmələrini istəyirəm. Biz əfqanıstanlıyıq. Biz müharbə aparmırıq, biz Taliban deyilik. Biz yaxşı bir həyat yaşamaq istəyirik" - deyə, əfqanıstanlı miqrant Murtuza bildirir.

Saxlanılan miqrantlar belə mərkəzlərdə saxlanır. Türkiyə Əfqanıstana repatriasiya uçuşlarını dayandırdığını bildirib. Köçkünlər Menecmenti təşkilatından Ramazan Seçilmiş "Onların Avropa İttifaqı, Amerika və Kanada kimi ölkələrə köçürülməsini təmin edəcəyik."

Lakin bu ölkələrin nə qədər qaçqın qəbul edəcəyi bəlli deyil. Avropa İttifaqı Komissiyasının rəsmiləri Madrid yaxınlığındakı Əfqan qaçqınların qəbul mərkəzini ziyarət edib və üzv ölkələri daha çox iş görməyə çağırıb.

İndiyə qədər təxliyə edilənlərin böyük əksəriyyəti Əfqanıstanda Qərb qüvvələri ilə birlikdə işləyənlərdir. Han deyir ki, Avropa daha çox şey edə bilər. “Avropa İttifaqına üzv ölkələr miqrant qəbulunu könüllü olaraq artıra bilər. Son iki ildə suriyalılar əsas diqqət mərkəzində idi. Ancaq biz coğrafi prioritetlərin dəyişdiyini görə bilərik" - deyə, Helena Han bildirir.

Bu arada Polşa da Əfqanıstandan da olmaqla, son həftələr qaçqın axını ilə üzləşən Belarusla sərhədə divar inşa edəcəyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG