Accessibility links

Blinken ABŞ-ın Əfqanıstandan çıxmasının yenidən analizinə göstəriş verib


ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü ABŞ-ın Əfqanıstanda terrora qarşı iyirmiillik mübarizəsini başa vuraraq, avqust ayında qüvvələrin ölkədən genişmiqyaslı şəkildə çıxarılmasının yenidən analiz edilməsi barədə göstəriş verdiyini bildirib.

Əfqanıstan prezidenti Əşrəf Qani Birləşmiş Ərəb Əmirliklərinə qaçdığı və Talibanın Kabil hökumətinin nəzarətini tez bir zamanda ələ keçirdiyi üçün ABŞ və müttəfiqləri hava vasitəsi ilə amerikalılar, əfqanlar və digərləri də daxil olmaqla, 124 mindən çox mülki vətəndaşı təxliyə edib.

Lakin evakuasiya başa çatdıqdan sonra bəziləri son iki ayda ölkəni tərk edə bilsə də, ABŞ ordusuna yardım edən minlərlə əfqan geridə qalıb. Kabil hava limanından edilən təxliyə zamanı 13 amerikalı hərbçi İslam Dövləti terror qruplaşmasının Əfqanıstan qolu tərəfindən təşkil edilən bomba hücumu zamanı həlak olub.

Blinken Vaşinqton yaxınlığındakı Xarici Xidmət İnstitutunda bir qrup qanunverici və diplomatın qarşısında çıxış edərkən "Mən Əfqanıstanda evakuasiya və buna dair səylərin planlaşdırma və icrasına yönəlmiş bir sıra daxili araşdırmalar aparılmasına göstəriş vermişəm" deyib.

Blinken Dövlət Departamentinin evakuasiya səylərini yüksək qiymətləndirib. Lakin o, ABŞ-ın nə vaxtsa müharibə zonasından sürətlə geri çəkilməsini tələb edən oxşar vəziyyətlə qarşılaşdığı zaman bundan dərs alınmasının vacib olduğunu deyib.

"İndi geriyə baxdıqda soruşacağımız bir çox şey var: Biz bütün bunları fərqli bir şəkildə edə bilərdikmi? Bu addımı başqa cür ata bilərdikmi? Əvvəlcə bu fikri sınamalı idik? Bu qərara daha tez gələ bilərdikmi? " - deyə, Blinken bildirib.

ABŞ diplomatı araşdırmanın təfərrüatlarını açıqlamayıb. Lakin “Öyrəndiklərimiz və tətbiq etməyimizin hamısına görə əfqan dostlarımıza və tərəfdaşlarımıza, bir gün oxşar problemlə üzləşə biləcək və gözlənilməz hadisələrlə qarşılaşdıqları zaman buna daha yaxşı hazır olmaları üçün Dövlət Departamentinin gələcək əməkdaşlarına borcluyuq“ deyib.

Keçən həftə ABŞ-ın xəbər agentlikləri Dövlət Departamentinin baş müfəttişinin Əfqanıstandakı diplomatik əməliyyatların başa çatmasını nəzərdən keçirəcəyini, eyni zamanda əfqanların ABŞ-a qaçqın kimi gəlməsinə icazə verən Xüsusi İmmiqrasiya Viza proqramını nəzərdən keçirəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG