Accessibility links

Blinken ABŞ-ın Əfqanıstandan çıxması ilə bağlı Konqresdə ifadə verəcək


ABŞ dövlət katibi Entoni Blinken bazar ertəsi ABŞ tarixində ən uzun sürən 20 illik müharibədən sonra Konqresin ölkənin Əfqanıstandan hərbi qüvvələrinin xaotik şəkildə çıxarılmasını araşdıran komissiyası qarşısında ifadə verməlidir.

Müxalif Respublikaçı qanunvericilər və onların bəzi Demokrat həmkarları hərbi qüvvələrin, müharibə dövründə ABŞ qüvvələrində tərcüməçi və məsləhətçi kimi işləyən minlərlə əfqanın və Amerika vətəndaşlarının Əfqanıstandan çıxarılması ilə bağlı addımlarına görə Prezident Co Baydeni tənqid atəşinə tutub.

Tənqidlər əsasən də Əfqanıstanı tərk etmənin son günlərində Kabil hava limanında intiharçı bomba hücumu nəticəsində ABŞ-ın 13 hərbçisinin həyatını itirməsindən sonra artıb. Hücumun məsuliyyətini Yaxın Şərqdə fəaliyyət göstərən terror qruplaşmasının Əfqanıstandakı qolu Xorasan İslam Dövləti öz üzərinə götürüb.

Blinken bazar ertəsi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində ifadə verəcək. Çərşənbə axşamı isə o, Senatın Xarici Əlaqələr Komitəsində çıxış edəcək.

Rəy sorğuları ABŞ seçicilərinin Baydenin Əfqanıstandakı "əbədi müharibə" adlandırdığı müharibəyə son qoyma qərarını geniş şəkildə dəstəklədiyini göstərsə də, bunu qoşunların çıxarılması metodu haqda demək olmaz.

ABŞ-ın yüksək səviyyəli diplomatı Blinken çətin suallarla üzləşə bilər. Belə ki, ona Baydenin keçmiş prezident Donald Trampın Talibanla müharibəni bitirmək və Amerika ordusunu geri çəkmək barədə razılığını yerinə yetirmək niyyətini aprel ayında açıqlamasından sonra nəyə görə ABŞ-ın vətəndaşlarını təxliyə etməyə daha tez başlamadığı ilə bağlı sual da verilə bilər.

Qanunvericilər eləcə də hökumətə ABŞ kəşfiyyatının əldə etdiyi məlumatlara əsasən Əfqanıstanın Taliban tərəfindən tez bir şəkildə ələ keçiriləcəyini, Əfqanıstan hökumətinin çökəcəyini, prezident Əşrəf Qaninin ölkədən qaçaraq, Birləşmiş Ərəb Əmirliyindən sığınacaq istəyəcəyini bilmədiyi üçün də hücum edir.

Bayden geri çəkilməni "fövqəladə bir müvəffəqiyyət" adlandırıb. O, Əfqanıstandakı müharibəyə son vermək qərarını müdafiə edərək, ABŞ-ın hərbi müdaxiləsinin məsuliyyətini ölkənin beşinci liderinə verməyəcəyini bildirib.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG