Accessibility links

Əfqanıstan hökuməti ilə Taliban arasında danışıqlar davam edir


Əfqanıstan hökuməti ilə Taliban arasında danışıqlar davam edir
please wait

No media source currently available

0:00 0:03:42 0:00

Milyonlarla əfqan Əfqanıstan hökuməti ilə Taliban arasında Dohada keçirilən sülh danışıqlarını yaxından izləyir. Bir çoxları son 19 ildə əldə edilən siyasi azadlıqların və haqların gələcək sülh müqaviləsində saxlanıb- saxlanmayacağını gözləyir.

Dohada keçirilən sülh danışıqlarının əsas mövzularından biri də əfqan qadınlarının hüquqlarıdır. Amerikanın Səsinə verdiyi müsahibəsində Talibanın Qətərdəki ofisinin sözçüsü Məhəmməd Naim qrupun mövqeyini belə izah edib. “Öz ölkəmiz, öz millətimiz və öz dəyərlərimizin olduğunu demək istəyirəm. Başqa cəmiyyətlərin dəyərlərini gətirib cəmiyyətimizə tətbiq edə bilmərik. Məsələn, ABŞ-da, Avropada və digər ölkələrdəki mövcud dəyərlər əsasən qadın hüquqlarına haqq qazandıra bilmərik. Millətimiz bunu istəmir. Biz müsəlman ölkəsiyik.”

Digərləri isə son iyirmi ildə Əfqanıstan qadınlarının İslam dəyərlərini qoruduqlarını, lakin yeni hüquq və imkanlar əldə etdiklərini deyir. Zərifə Zurmati: “Heç bir əfqan qadını İslam dəyərlərini itirməyib. Hər bir Əfqan qadını gündəlik həyatını, dövlət işlərini, sosial, mədəni və siyasi işlərini İslam və Əfqanıstanın mədəni dəyərlərinə əsaslanaraq idarə etmək istəyir.”

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad bu ay Amerika qanunvericilərinə Vaşinqtonun bu məsələdə mövqeyinin qəti olaraq qaldığını deyib. "Sizi əmin etmək istəyirəm ki, insan haqları, qadın haqları, azlıqlar və uşaqların haqları, xüsusən də qadınlar olmaqla, Əfqanıstanın bütün vətəndaşlarının hüquqlarının ABŞ üçün böyük əhəmiyyəti var."

Son dəfə hakimiyyətdə olarkən Taliban ölkədə televiziyanı qadağan etmişdi və əksər radioları ciddi nəzarət altına almışdı.

2001-ci ildə Taliban hakimiyyətdən getdikdən sonra Əfqanıstanda onlarla televiziya və yüzlərlə radio stansiya fəaliyyətə başladı. Hazırda isə çox jurnalist söz azadlığının təhlükə altında qalmasından narahatdır.

“Söz azadlığı o demək deyil ki, kimsə gəlib ölkənin dəyərlərini təhqir etsin. Bu, ABŞ-da da, Avropada da, və ya başqa yerlərdə də qəbul edilə bilməz” - deyə, Məhəmməd Nail bildirir.

Əfqanıstanın Jurnalistlərin Təhlükəsizliyi Komitəsi hökumətin ölkənin azad mətbuatın yaradılması istiqamətində əldə edilmiş nailiyyətləri qorumalı olduğunu bildirir.

Əfqanıstan müharibəsi mülki vətəndaşlara çox baha başa gəlib. BMT-nin 2019-cu ildəki hesabatına əsasən, müharibədə 100 mindən çox mülki vətəndaşın öldüyü və ya yaralandığı təxmin edilir.

İllərdir insanların sıx olduğu bazarlarda və şəhərlərdə intiharçı bomba hücumları həyata keçirən Taliban qrupu mülki vətəndaşlar arasında itkilərin olmamasına çalışdığını deyib. “Hərə özü bildiyi kimi təsvir edir. Buradakı müharibənin mülki vətəndaşlarla əlaqəsi yoxdur. Əlbətdə ki, dünyanın hər yerində müharibələr zamanı itkilər olur. Biz mülki vətəndaşlar arasında itkiləri9nh olmamasına çalışırıq. Bu səbəbdən Vətəndaş Zərərlərinin Qarşısının Alınması adlı komissiya yaratdıq. Mülki vətəndaşlar arasında itkilər çox məhduddur.”

Əfqanıstan Müdafiə Nazirliyi sözçüsünün müavini Favad Minapal bununla razılaşmır. “Əslində, Əfqanıstanda zorakılıq və müharibə nisbətini artıran Taliban olub. Əfqanıstan xalqı Talibanın intiharçı hücumlarından tutmuş bomba hücumlarına qədər terror hücumlarını artırdığını bilir.”

Bir çox fikir ayrılıqlarına baxmayaraq, Taliban sülh razılaşmasına nikbin yanaşır. Dohadakı sülh danışıqlarının nə qədər sürəcəyi və ya nəticənin olacağı məlum deyil. Bu arada Əfqanıstanda döyüşlər davam edir.

XS
SM
MD
LG