Accessibility links

Mark Esper: ABŞ-ın Əfqanıstandakı qüvvələrinin qismən çıxarılmasına başlanacaq


ABŞ müdafiə naziri Mark Esper yaxın günlərdə Birləşmiş Ştatların Əfqanıstandakı 8600 əsgərinin qismən çıxarılacağını bildirib.

Bazar ertəsi Pentaqonda danışan Esper fevralın 29-da imzalanan yeni ABŞ-Taliban müqaviləsinin 10 gün içərisində ABŞ qüvvələrin çıxarılmasını tələb etdiyini deyib.

Esper Birləşmiş Ştatların bu razılığın Əfqanıstanda zorakılığa son qoyacağına ümid etdiyini deyib.

Buna baxmayaraq, Taliban sözçüsü Zabiulla Mücahid bazar ertəsi zorakılığın azaldılması ilə bağlı razılığın vaxtının sona çatdığını və Talibanın Kabil administrasiyası ordusuna qarşı əməliyyatlarını davam etdirəcəyini bildirib.

Birləşmiş Ştatların Birgə Qərargahlar rəisi, general Mark Milli jurnalistlərlə görüşü zamanı deyib ki, Əfqanıstanda zorakılığın tamailə dayandırılması qeyri-mümkündür.

ABŞ-ın qoşunlarını çıxarması ölkənin bir neçə bölgəsində zorakılıqların davam etdiyi barədə xəbərlərin yayıldığı vaxta təsadüf edir.

Əfqanıstan daxilində sülh danışıqlarının martın 10-da başlayacağı gözlənilir.

XS
SM
MD
LG