Accessibility links

ABŞ Əfqanıstanın təhlükəsizlik qüvvələrini dəstəkləyəcəyi barədəki vədini yerinə yetirir


ABŞ özünün və koalisiya qüvvələrinin ölkəni tərk etməyə davam etməsinə baxmayaraq, Əfqanıstanın təhlükəsizlik qüvvələrini dəstəkləyəcəyi barədəki vədini yerinə yetirir.

ABŞ rəsmisi Amerikanın Səsinə verdiyi şərhində Amerika qüvvələrinin Əfqanıstanın cənubunda, günlərdir şiddətli döyüşlərin getdiyi Helmənd vilayətində Taliban döyüşçülərinə qarşı hava hücumları həyata keçirdiyini təsdiqləyib.

Adının açıqlanmaması şərti ilə danışan rəsmi təhlükəsizlik səbəbindən əməliyyatlar barədə əlavə təfərrüatlar barədə danışmaqdan imtina edib.

Pentaqon sözçünün ABŞ komandanlığının ixtiyarında "hələ bir qədər güc var" deməsinə baxmayaraq, o da spesifik məsələlər barədə məlumat verməkdən imtina edib.

"Çıxdığımız dövrdə belə Əfqanıstanın milli təhlükəsizlik qüvvələrini dəstəkləməyə çalışacağıq" - deyə, Pentaqonun mətbuat katibi Con Kirbi jurnalistlərə verdiyi açıqlamada bildirib.

ABŞ-ın hava hücumları xüsusən də Helm'nd vilayətindəki Ləşkər Gah ətrafında olmaqla, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin Talibanın artan təzyiqləri ilə üzləşdiyi vaxt həyata keçirilib. yardım qrupları son günlər bölgədə ağır dğyüşlər aparıldığını bildirib.

Sərhədsiz Həkimlər Təşkilatı sosial mediada mülki əhalinin döyüşlərin getrdiyi yerlərdən bəzən ayaqqabısız və paltarsız qaçmağa məcbur olduqlarını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG