Accessibility links

Taliban yardımı alqışlayır, ABŞ-ın müvəqqəti hökumətlə bağlı tənqidlərini rədd edir


Taliban çərşənbə axşamı Əfqanıstana yüz milyonlarla dollar təcili yardım vəd etdiyinə görə dünya ictimaiyyətini alqışlasa da, bir həftədir qurduğumüvəqqəti hökumətinin ABŞ və digər ölkələr tərəfindən tənqidini rədd edib.

Taliban hökumətinin xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi Kabildə müxbirlərlə görüşü zamanı qrupun yardımın ehtiyacı olanlara "tamamilə şəffaf şəkildə" çatdırılmasını təmin edəcəyinə söz verib.

On illərlə davam edən münaqişə, güclü quraqlıq və koronavirus pandemiyası onsuz da yoxsul olan ölkəni uçuruma sürükləyib. Ölkədə vəziyyət keçən ay Taliban hakimiyyətə qayıtdıqdan sonra Amerika və qərb müttəfiqlərinin qoşunlarının geri çəkməsindən və xarici yardımların tükənməsindən sonra daha da pisləşib.

Taliban hökumətinin xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi
Taliban hökumətinin xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi

İslamçı qrup keçən həftə Kabildə müvəqqəti hökumət elan edib.

Bazar ertəsi Cenevrədə keçirilən beynəlxalq konfrans zamanı donorlar ölkənin üzləşdiyi humanitar böhranın qarşısını almaq üçün 1 milyard dollardan çox yardım vəd edib. Birləşmiş Millətlər Təşkilatı Əfqanıstan iqtisadiyyatının çökmək üzrə olduğunu və milyonlarla insanın tezliklə ərzaq qıtlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

"Əfqanıstan xalqının yardıma böyük ehtiyacı var, lakin bu humanitar yardımın siyasətlə əlaqəsi olmamalıdır" - deyə, Müttəqi bildirib. O, eləcə də dünya ölkələrini Əfqanıstanda getdikcə ağırlaşan humanitar böhranın qarşısını almaq məqsədi ilə Kabilin öz pullarından istifadə etməsi üçün dondurulan aktivləri açmağa çağırıb.

Taliban hakimiyyəti ələ keçirildikdən sonra Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ölkənin maliyyəyə çıxışını dayandırıb, ABŞ isə Kabil üçün ehtiyatda saxladığı milyardlarla dolları dondurub.

Vaşinqton və ümumilikdə dünya ictimaiyyəti bir neçə yüksək vəzifəli şəxsin ABŞ və BMT tərəfindən bəzi üzvlərinin qara siyahıya salındığı və yalnız kişilərin və Talibanın liderlik etdiyi hökuməti tanımaqdan çəkinir.

Bazar ertəsi ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonun Taliban liderliyindəki hökumətlə birbaşa diplomatik əlaqəsinin Talibanın qadınların və azlıqların hüquqları da daxil olmaqla, terrorizmlə mübarizə və insan haqlarını dəstəkləməklə bağlı öhdəliklərinə riayət edib-etməyəcəyindən asılı olacağını bir daha təkrarlayıb.

1996-2001-ci illərdə, keçmiş hakimiyyəti dövründə Taliban ölkədə İslam qanunlarının sərt şərtlərini tətbiq edərək, qəddar bir sistem yaratdı ki, buqadınları ictimai həyatdan uzaqlaşdırdı və qızların təhsil almasını qadağan etdi.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG