Əfqanıstanda hakimiyyəti nəzarət altına alan Taliban bazar ertəsi təhlükəsizlik qüvvələrinin Kabilda İslam Dövləti Xorasanın mövqeyini məhv etdiyini və oradakı bütün silahlıların öldürdüyünü bildirib.
Taliban gecə reydini bazar günü paytaxtın Eyd Gah məscidinin qarşısında azı 8 nəfərin ölümü, 20 nəfərin yaralanması ilə nəticələnən partlayışdan bir neçə saat sonra keçirib.
İŞİD-Xorasan kimi tanınan İslam Dövləti qruplaşması avqust ayında Kabildə Qərbin dəstəklədiyi hökumət üzərində qələbə çalan Talibanla barışmadığını və onun hədəflərinə hücumlar etdiyini iddia edir.
Taliban sözçüsü Zabihullah Mücahid qrupun bazar günü axşam saatlarında Kabilin şimalında, şəhərin 17-ci məhəlləsində İŞİD elementlərinə qarşı əməliyyat keçirdiyini bildirib.
"Bu qətiyyətli və uğurlu hücum nəticəsində İŞİD-in bazası tamamilə məhv edildi və içərisində olan bütün üzvləri öldürüldü" - deyə, sözçü tvitter səhifəsində yazıb.
Bundan əvvəl yerli media bölgədə şiddətli toqquşmalar olduğunu bildirib, yerli sakinlər gecə partlayış və silah səsləri eşitdiklərini təsdiqləyib.
Bu, İslam Dövləti-Xorasan qruplaşmasının Kabilin hava limanı yaxınlığında 13 ABŞ əsgəri də daxil olmaqla, 200-ə yaxın adamı öldüyü avqust hücumundan sonra paytaxtda ilk hücum olub.
Eid Gah məscidinə edilən hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Lakin belə görünür ki, bu yaxınlarda dünyasını dəyişən
Mücahidin anası üçün dualar oxunan mərasim hədəf alınıb.
Kabilin şimalındakı Panjşir bölgəsindəki müxalifət lideri Əhməd Məsuda sadiq qüvvələrin qalıqları ilə də mübarizə aparan Talibanın dediyinə görə, ölkənin demək olar ki, tam nəzarətini əlinə alıb.