Accessibility links

Taliban İslam Dövləti-Xorasanın 600-ə yaxın üzvünü həbs edib


Əfqanıstan Talibanının çərşənbə günü bildirdiyinə görə, avqustun ortalarında hakimiyyətə gəldikdən sonra İslam Dövləti qruplaşmasının yerli qolu olan İslam Dövləti-Xorasanın 600-ə yaxın üzvünü həbs edib.

Taliban hökumətinin Əfqanıstan casus təşkilatının yeni adını qoyduğu Kəşfiyyat Baş İdarəsinin sözçüsü Kabildə jurnalistlərə bildirib ki, saxlanılanlar arasında İslam Dövləti-Xorasanın “yüksək rütbəli” komandirləri də var.

Kabildə keçirdiyi mətbuat konfransında İslam Dövləti-Xorasanın yerli alçaldıcı adından Dayeş kimi istifadə edən Kəhlil Həmraz “İŞİD-lə əlaqəsi olan bu adamlar hazırda həbsxanalarda sıx təhlükəsizlik şəraitində saxlanır“ deyib.

Onun sözlərinə görə, qruplaşmaya qarşı davam edən təhlükəsizlik əməliyyatları da 40-a yaxın silahlını məhv edib.

Həmraz keçmiş Əfqanıstan hökumətini Taliban avqust ayında Kabili ələ keçirməzdən əvvəl İslam Dövləti-Xorasanın təxminən 1800 yaraqlısını və digər cinayətkarları həbsxanalardan azad etməkdə ittiham edib. Onun sözlərinə görə, Əfqanıstanın bəzi bölgələrində son vaxtlar avtomobillərin partladılması və artan digər cinayətlərin arxasında azad edilən məhbuslar durur.

İslam Dövləti-Xorasan intuharşı hücumları da daxil olmaqla, ölkə daxilində onlarla hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Zorakılıqlar yüzlərlə mülki əfqan vətəndaşı və Taliban qüvvələrinin ölməsinə və yaralanmasına səbəb olub.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Vest İslam Dövləti-Xorasanın hücumlarının artması və Əl-Qaidənin Cənubi Asiya ölkəsində mövcudluğunun Vaşinqtonda dərin narahatlıq doğurduğunu bildirib.

Bundan əlavə ABŞ-ın xüsusi nümayəndəsi bazar ertəsi Brüsseldə jurnalistlərə Talibanın terror qruplaşmasına qarşı “çox güclü səylər” göstərdiyini deyib.

ABŞ rəsmiləri İslam Dövləti-Xorasanın bir il ərzində Əfqanıstanın xaricində də hücumlar həyata keçirmə qabiliyyətini inkişaf etdirə biləcəyi və Əl-Qaidənin də bir və ya iki il ərzində eyni şeyi edə biləcəyi barədə xəbərdarlıq edib.

ABŞ-ın başçılığı ilə Əfqanıstanda 20 illik hərbi mövcudluğa son qoyan 2020-ci il ABŞ-Taliban razılaşması İslamçı qrupdan Əl-Qaidə də daxil olmaqla, transmilli terror qruplaşmalarına cəlb edilmə, maliyyə toplanması, təlim keçirilməsi və ya hücumların planlaşdırılmasının qarşısını almağı tələb edir.

XS
SM
MD
LG