Accessibility links

İslam Dövləti-Xorasan Əfqanıstanda hücumlarını artırıb


İslam Dövləti-Xorasan Əfqanıstanda hücumlarını artırıb
please wait

No media source currently available

0:00 0:02:19 0:00

İslam Dövləti-Xorasan Əfqanıstanda hücumlarını artırıb

Taliban avqust ayında Əfqanıstanı ələ keçirdikdən sonra əsasən də ölkənin şərqindəki Nanqarhar vilayətində olmaqla, İslam Dövlətinin qolu hücumlarını artırıb. Bölgədəki mülki əhali İslam Dövləti-Xorasan və ya İD-K kimi tanınan qruplaşmanın zorakılıq təhlükəsindən qorxduğunu deyir.

Taliban avqust ayında ölkəni ələ keçirdikdən sonra hakimiyyəti konsolidasiya etməyə çalışan İslam Dövləti-Xurasan son aylar Əfqanıstan boyu hücumlar həyata keçirir.

Nangarhar vilayətində hücum olmadan bir gün belə keçmir. Bəzi insanlar danışmaqdan qorxur, digərləri isə dünyanın nə baş verdiyini bilməsini istəyir. “Təhlükəsizlik olmadığı üçün burada yaşamaq çox çətindir. Əvvəl bizdə mühəndislər, həkimlər var idi, indi isə vəziyyət çox pisdir. Qorxu içində yaşayırıq. Bu yaxınlarda üç nəfər qətlə yetirilib, ikisi keçmiş əfqan hərbçisi idi. Yalnız bir qrupdurmu? Yox! Dörd-beş qrup var, İŞİD, Əl-Qaidə, Hakkani, Taliban, hökumət” - deyə, Nangarhar sakini bildirir.

Bu, yol kənarındakı partlayış səhnəsidir. Bir Taliban döyüşçüsü və iki mülki vətəndaş yaralanıb. Hücumun şahidi olan mülki vətəndaş deyir ki, bu cür hücumlar əhalini dəhşətə gətirir. Feysəl Ömər Xan: “Vəziyyət çox təhlükəlidir. Evimizdən çıxa bilmərik. İnsanları qətlə yetirən çox sayda müxtəlif şəbəkə var”.

Lakin yerli Taliban komandiri Məvlavi Riazulla Haqqani deyir ki, Çaparhar rayonunda İslam Dövləti-Xorasan təhlükəsi yoxdur. “İslam Dövləti Xorasandan burada heç kim yoxdur. Onlar sadəcə dünyaya var olduqlarını göstərmək istəyirlər. Ola bilsin ki, burada bəzi insanlar pul qazanmaq üçün onun adından istifadə edir. Amma burada heç bir təhlükəsizlik problemi yoxdur”.

Təxminən 70 min döyüşçüsü olan Talibanİslam Dövləti Xorasanın iki ilə üç min arasında olduğu güman edilən yaraqlılarına qarşı əməliyyatlar aparır.

Zorakılıqlar davam etdikcə mülki vətəndaşlar ölkədəki qətllərə görə hansı qruplaşmaların məsuliyyət daşıdığına belə əmin deyillər. Onların bildiyi tək şey budur ki, hücumlar artmaqdadır və onlar qorxurlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG