Accessibility links

ABŞ-ın Kabildəki səfirliyi amerikalıları Əfqanıstanı dərhal tərk etməyə çağırıb


Talibanın ölkə daxilində irəliləməyə davam etməsindən və cümə axşamı paytaxt Kabilin yaxınlığındakı strateji bir şəhəri ələ keçirməsindən sonra Birləşmiş Ştatların Kabildəki səfirliyi amerikalıları Əfqanıstanı dərhal tərk etməyə çağırıb.

ABŞ səfirliyi internet səhifəsində ABŞ vətəndaşları "mövcud kommersiya uçuşlarından istifadə edərək, dərhal Əfqanıstanı tərk etməlidir" yazıb.

Səfirlik maliyyə və ya digər səbəblərdən ölkəni dərhal tərk edə bilməyən vətəndaşlara yardım təklif edib. "Təhlükəsizlik şərtləri və işçilərin sayının azalması nəzərə alınmaqla, səfirliyin Əfqanıstandakı ABŞ vətəndaşlarına yardım etmək imkanları hətta Kabildə də son dərəcə məhduddur", bildirib.

Cümə axşamı Taliban Kabildən təxminən 150 kilometr cənub-qərbdə yerləşən Qəzni şəhərini ələ keçirib. Bu, ABŞ-ın may ayında qoşunlarını ölkədən çıxarmağa başladığı gündən bəri ələ keçirdiyi 10-cu şəhərdir. ABŞ əsgərlərinin Əfqanıstandan bu ayın sonuna qədər çıxması gözlənilir.

Ordunun ölkəni tərk etməsindən sonra Əfqanıstan hökuməti İslamçı qruplaşma ilə ABŞ əsgərlərinin dəstəyi olmadan mübarizə aparmalı olub.

ABŞ aprelin 27-də amerikalı hökumət işçilərinə Kabildə zorakılığın artdığını və mümkünsə səfirliyin hüdudlarından kənarda işləməyi tövsiyə edib.

Dövlət Departamentinin sözçüsü Ned Prays bu həftənin əvvəlində səfirliyin statusunun dəyişmədiyini, lakin ABŞ hökumətinin diplomatik missiya ətrafındakı təhdidləri hər gün qiymətləndirdiyini bildirib.

XS
SM
MD
LG