Accessibility links

"Aclıq Oyunları": ABŞ-ın Əfqanıstandan həyata keçirdiyi təxliyə


Bu həftə ABŞ Əfqanıstanda 20 illik müharibəyə son qoyduqdan sonra Bayden administrasiyası Həmid Kərzai Beynəlxalq Hava Limanından təxliyə səylərinin müvəffəqiyyətli olduğunu vurğulayıb.

ABŞ-ın Əfqanıstandakı qoşunlarını çıxarmasını tamamladığı gün Prezident Co Bayden Ağ Evdən "Heç bir ölkə, heç bir millət tarix boyu belə bir şey etməmişdi" deyib.

Administrasiya Əfqanıstandan hava vasitəsi ilə amerikalıların çoxunu, həmçinin Taliban tərəfindən hədəfə alınan minlərlə əfqan tərcüməçisini, fəalını, jurnalistini və digər qrupları təxliyə etdiyini bildirib.

Ancaq minlərlə insan geridə qalıb. Çaşqınlıq içində olan ABŞ diplomatlarının, hərbçilərin və mülki vətəndaşların Amerikanın Səsinə bildirdiyinə görə, bu, təxliyə üçün uyğun olan bir çox insanın kənarda qalması ilə nəticələnən qeyri-mütəşəkkil bir proses olub.

Amerika vətəndaşları və ABŞ-ın daimi qanuni sakinləri evakuasiya üçün prioritet sayılsa da, adının açıqlanmasını istəməyən bir amerikalı mənbə Amerikanın Səsinə təyyarəyə kimin minməsinin uyğun olduğunu müəyyənləşdirmə prosesinin tamamilə nizamsız olduğunu deyib.

"Biz qapıda əsasən mavi pasport (ABŞ vətəndaşı) və ya yaşıl kart (ABŞ-ın qanuni daimi sakini) göstərənləri içəri almağa cəhd göstərirdik. Digərləri isə bizim onları içər almağımızı gözləyirdi və buna ümid bəsləyirdi" - deyə, o bildirib.

Adının açıqlanmaması şərti ilə danışan diplomatik mənbə Amerikanın Səsinə insanların evakuasiya edilə biləcəyi qaydalarının "daim dəyişdiyini" deyib. O, ABŞ vətəndaşlarının ailə üzvlərinin və qanuni daimi sakinlərinin, habelə Xüsusi İmmiqrant Vizasına müraciət edənlərin bir gün hava limanına gəlmələrinə icazə verilə biləcəyini, lakin ertəsi gün icazə verilmədiyini bildirib.

"Düzgün olduğu deyilən sənədlərin gecə düzgün olmadığı deyilirdi" diplomat deyib.

Diplomat təxliyənin erkən mərhələsində ən azından bir gün ABŞ-ın Kabildəki səfirliyinin yerli işçilərinə e-mail vasitəsi ilə Şərq qapısına getmək barədə təlimat verildiyini deyib. Onların uzaq qohumları da Əfqanıstan pasportları, milli şəxsiyyət vəsiqələri və ya SIV ərizələri kimi sənədlərin olmamasına və Talibanın onlardan qisas alacağına dair "həqiqətə uyğun qorxularının" olub-olmamasına baxmayaraq qeydiyyatdan keçirdi. Yerli səfirlik işçiləri və ya onların ailə üzvləri olduqlarını söyləyən hər kəs içəri daxil ola bilirdi," o deyib.

Dövlət Departamentinin sözçüsü Kabil hava limanında təxliyə əməliyyatını müdafiə edərək, Amerikanın Səsinə "Bayden administrasiyasının ciddi çətinliklərə baxmayaraq, son 20 ildə ABŞ-ın yanında olan minlərlə cəsur əfqan qarşısında öz müqəddəs borcunu yerinə yetirib" deyib.

XS
SM
MD
LG