Accessibility links

Kabildə bomba partlayışında 12 nəfər ölüb


Əfqanıstanın paytaxtı Kabildə çərşənbə günü avtomobilə yerləşdirilmiş bombanın partlaması azı 12 nəfərin ölümünə, uşaqlar da daxil olmaqla, 20 nəfərin yaralanmasına səbəb olub.

Daxili İşlər Nazirliyinin sözçüsü Nəsrət Rəhimi Tweeter səhifəsində bildirib ki, səhər tezdən həyata keçirilən hücum özəl xarici təhlükəsizlik şirkətinin avtomobilini hədəf alıb. O, şirkətin dörd işçisinin yaralandığını desə də, əlavə məlumat verməyib.

Kabildə artıq bir neçə gündür davam edən sakitlikdən sonra törədilən bu sonuncu hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Adətən bu kimi hücumların məsuliyyətini Taliban və İslam Dövləti qrupunun Əfqanıstandakı bölməsi ilə əlaqədə olan militantlar öz üzərinə götürür.

Çərşənbə günü törədilən bomba hücumu Əfqanıstan prezidenti Əşrəf Qaninin Talibanın həbsdə olan üç yüksək səviyyəli üzvünün biri amerikalı, digəri avstraliyalı olmaqla iki qərbli girovla mübadilə ediləcəyini bəyan etməsindən sonraya təsadüf edir.

Kabildəki Amerika Universitetinin professorları 2016-cı ilin avqustunda girov götürülüb.

XS
SM
MD
LG