Accessibility links

Taliban hökumətinin Kabil Bələdiyyəsi qadın işçilərə "Evdə qal" deyir


Əfqanıstan paytaxtının müvəqqəti meri bazar günü yeni Taliban hökuməti tərəfindən qadınlara qoyulan son məhdudiyyətləri açıqlayaraq, Kabil şəhərində qadın işçilərə evdə qalmalarını, yalnız kişilərlə əvəz edilə bilməyən qadınların işləmələrinə icazə verildiyini bildirib.

Bu arada şahidlər ölkənin şərqindəki Cəlalabad şəhərində bir Taliban maşınının partladıldığını bildirib. Xəstəxana rəsmilərinin bildirdiyinə görə, bu, İslam Dövlətinin istehkamında bir neçə gün ərzində ikinci ölümcül partlayışdır və nəticədə 5 nəfər ölüb.

Qadın işçilərin əksəriyyətinin işə qayıtmasının qarşısını almaq qərarı keçən ay Kabili ələ keçirən Talibanın bəzi insanlara qarşı tolerantlıq göstərəcəyinə dair ilkin vədlərinə baxmayaraq, İslamın sərt qaydalarından istifadə edəcəyinə işarədir. 1990-cı illərdəki hakimiyyəti zamanı Taliban qızları və qadınları məktəbə və işə getməyə, ictimai həyatda iştirak etməyə icazə vermirdi. Son günlər yeni Taliban hökuməti qız və qadın haqlarına qarşı bir neçə fərman verib.

Orta məktəb və liseylərin qız şagirdlərinə hələlik təhsil ocaqlarına qayıda bilməyəcəkləri, oğlanların isə bu həftə sonu təhsillərini bərpa edəcəkləri bildirilib. Universitetlərin qadın tələbələrinə dərslərin bundan sonra kişilərlə bir yerdə keçirilməyəcəyi və qaydalara ciddi şəkildə riayət etmələrinin vacib olduğu bildirilib.

Taliban tərəfindən devrilən ABŞ-ın dəstəklədiyi Əfqanıstan hökuməti əksər hallarda universitetlərdə qadın və kişilərə dərslərin birlikdə keçirilməsinə icazə verirdi.

Cümə günü Taliban Qadın İşləri Nazirliyini ləğv edib və onu İslam qanunlarının icrası ilə məşğul olan "İsmətin təbliği və Günahın Qarşısının Alınması" adlı nazirliklə əvəz edib.

Bazar günü 10-dan çox qadın nazirliyin qarşısında qadınların ictimai həyatda iştirakını tələb edən şüarlarla etiraz aksiyası keçirib.

Etiraz aksiyası təxminən 10 dəqiqə davam edib. Bir kişi ilə qısa sürən mübahisədən sonra qadınların avtomobillərə minərək, ayrıldıqlarını Taliban nümayəndələri yaxınlıqdan izləyib. Keçən aydan bəri Taliban döyüşçüləri qadınların bir neçə etiraz aksiyasını zorakılıqla dağıdıb.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG