Accessibility links

ABŞ və Britaniya vətəndaşlarına Əfqanıstandakı mehmanxanalardan uzaq durmalarını tövsiyə edib


Kabil, Serena mehmanxanası
Kabil, Serena mehmanxanası

Əfqanıstanda fəaliyyət göstərən İslam Dövləti Xorasanın məsciddə onlarla insanın ölməsinə səbəb olan hücumundan bir neçə gün sonra, bazar ertəsi ABŞ və Britaniya vətəndaşlarına Əfqanıstandakı mehmanxanalardan uzaq durmaları barədə xəbərdarlıq edib.

Avqustda hakimiyyəti ələ keçirən və İslam Əmirliyi elan edən Taliban humanitar fəlakətdən qaçmaq və Əfqanıstanın iqtisadi böhranını azaltmaq üçün beynəlxalq ictimaiyyət tərəfindən tanınma və yardım istəyir.

Üsyançı silahlı dəstədən hakimiyyətə gələn sərt İslamçılar İŞİD-in Əfqanıstan bölməsindən gələn təhlükənin qarşısını almaq üçün mübarizə aparır.

"Artan riskləri nəzərə alaraq Kabildəki (əsasən də Serena) mehmanxanalarda qalmamağınız tövsiyə olunur" - deyə, Britaniyanın Xarici Əlaqələr Komitəsi və ABŞ-ın Dövlət Departamenti bildirib.

Taliban hakimiyyəti ələ keçirildikdən sonra bir çox xaricinin Əfqanıstanı tərk etməsinə baxmayaraq, bəzi jurnalistlər və yardım işçiləri paytaxtda qalmaqda davam edir.

İş adamları və xarici qonaqlar arasında məşhur olan Serena mehmanxanası iki dəfə Talibanın hücumuna məruz qalıb.

2014-cü ildə, prezident seçkilərindən bir neçə həftə əvvəl dörd silahlı gənc mehmanxananın bir neçə yoxlanış məntəqəsindən keçməyi bacarıb və Frans Press Agentliyinin jurnalisti və ailə üzvləri də daxil olmaqla, doqquz nəfəri öldürmüşdü.

2008-ci ildə mehmanxanada həyata keçirilən intiharçı hücumu nəticəsində 6 nəfər ölmüşdü.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG