Accessibility links

Taliban 1964-cü il konstitusiyasının bəzi bəndlərindən istifadə edəcəyini bəyan edib


Taliban çərşənbə axşamı Əfqanıstanı idarə etmək üçün müvəqqəti olaraq 1964-cü il konstitusiyasının "İslam şəriəti (qanunu) ilə ziddiyyət təşkil etməyən" bəndlərindən istifadə etməyi planlaşdırdığını bildirib.

Rəsmi açıqlamada Talibanın Ədliyyə naziri vəzifəsini icra edən Əbdül Həkim Şərayinin Kabildə Çin səfiri ilə görüşü zamanı dediklərindən sitat gətirilib.

"İslam Əmirliyi bir müddət keçmiş kral Məhəmməd Zahir Şah dövrünün İslam şəriəti və İslam qaydaları prinsipləri ilə ziddiyyət təşkil etməyən konstitusiyasını tətbiq edəcək" - deyə, Şərayi Taliban hökumətinin adından bildirib.

"Bundan əlavə, şəriət və İslam Əmirliyi prinsipləri ilə ziddiyyət təşkil etməyən beynəlxalq qanunlara və sənədlərə də hörmət ediləcək" - deyə, Şərayi əlavə edib.

Əfqanıstanıb 1964-cü il konstitusiyası
Əfqanıstanıb 1964-cü il konstitusiyası

Nazir konstitusiyanın qadınlara səsvermə hüququ verən və qadınların və Əfqanıstan siyasətində iştirakı üçün qapıları açan müddəalarını müzakirə etməyib.

Məhəmməd Zahir Şah 1973-cü ildə əmisi oğlu Məhəmməd Davud tərəfindən dinc çevriliş nəticəsində devrilməsindən əvvəl, 1964-cü ildə xarici yardım və müdaxilə olmadan Əfqanıstanda on il demokratiya qurmuşdu.

Avqust ayında yenidən hakimiyyətə qayıdan sərt-xətt tərəfdarı Taliban ölkəni 1996-2001-ci illərdə hakimiyyətdə olduğu vaxt insan haqları pozuntuları ilə yanaşı, qadınların ictimai həyatdan və təhsildən məhrum edildikləri dövrdən fərqli olaraq, daha tolerant və inklüziv siyasi yanaşma ilə idarə edəcəyinə söz verib.

Taliban bu ayın əvvəlində qadınları istisna edərək, yalnız kişilərdən ibarət müvəqqəti kabinet qurduğuna görə artıq tənqid atəşinə tutulub. Taliban liderləri tənqidləri rədd edərək, qadınları da cəlb edəcəyinə söz verib və hökumətində Əfqanıstandakı bütün etnik qrupların təmsil edildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada daşqın ərazilərində xilasetmə işləri davam edir
please wait

No media source currently available

0:00 0:11:24 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG