Accessibility links

Talibanın hakimiyyəti ələ keçirməsi Mərkəzi Asiya ölkələrinin diplomatik fəaliyyətlərinə təkan verib


Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov və prezidentin Əfqanıstan üzrə xüsusi nümayəndəsi İsmətulla İrqaşev Taliban nümayəndələri ilə görüşür
Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov və prezidentin Əfqanıstan üzrə xüsusi nümayəndəsi İsmətulla İrqaşev Taliban nümayəndələri ilə görüşür

Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra iqtisadi böhran və regionda ekstremist fəaliyyətlərin artması səbəbi ilə qaçqınların sərhədləri keçməsindən narahat olan Mərkəzi Asiya respublikaları diplomatik fəaliyyətlərini gücləndirməyə çalışır.

Özbəkistan, Tacikistan və Türkmənistan cümə axşamı Rusiya, Çin, İran və Pakistana qoşularaq, Tehrandan birgə bəyanatla çıxış edib. Bəyanatda Əfqanıstan xalqına dəstək ifadə edilib və Taliban bütün sosial və etnik
qrupları təmsil edən inklüziv hökumət yaratmağa çağırılıb.

Bu məsələ Əfqanıstanın şimalında böyük etnik qruplarının olduğu Özbəkistan və Tacikistan üçün xüsusilə həssasdır. Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov bu yaxınlarda Kabilə səfər edib və Taliban liderləriilə görüşüb.

Əfqanıstanda inklüziv hökumət çağırışı qlobal bir çağırış idi. Lakin Qərb hökumətləri yardımı və ölkənin maliyyə ehtiyatlarına çıxışı dayandırmaqla, Talibana təzyiq göstərməyə çalışdıqları bir vaxt, regionun xarici işlər nazirləri Əfqanıstanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməyin və onun daxili işlərinə qarışmamağın vacibliyini vurğulayıb.

Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov Taliban hökuməti ilə Kabildə görüşüb
Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov Taliban hökuməti ilə Kabildə görüşüb

Gücləndirilmiş diplomatik əlaqələr qismən siyasi hesablamalara əsaslanır. Mərkəzi asiyalılar Talibanın onlara qarşı potensial terror aktlarının və ekstremizmin yayılmasının qarşısını almasını istəyir.

“Aydındır ki, Talibanın hakimiyyəti ələ keçirməsi xoşa gələn hal deyil. Ancaq digər qruplarla müqayisədə bu, bir o qədər də pis hal deyil" - deyə, Qazaxıstan prezidenti administrasiyası rəhbərinin müavini Dovren Abayev bu həftə keçirilən ictimai forumda bildirib.

Talibanın sözdə dedikləri Əfqanıstanın qonşuları Özbəkistan və digər ölkələrə bir qədər təsəlli verir. Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi keçən həftə Moskvada “Əfqanıstan heç vaxt öz torpağından başqa bir ölkənin təhlükəsizliyini təhdid etmək üçün istifadə edilməsinə icazə verməyəcək” demişdi.

Lakin qonşular eyni dərəcədə bu ölkənin iqtisadi sabitliyindən narahatdır. Bir neçə həftədir Özbəkistan, Qazaxıstan və Qırğızıstan rəsmiləri regionda sabitliyi daha da pozacaq humanitar fəlakətdən qaçmaq üçün beynəlxalq tərəfdaşları yardım etməyə çağırır.

XS
SM
MD
LG