Accessibility links

Əfqanıstandan təxliyə edilən zabit Talibana etibarın olmadığını deyir


Əfqanıstandan təxliyə edilən zabit Talibana etibarın olmadığını deyir
please wait

No media source currently available

0:00 0:01:49 0:00

Əfqanıstan ordusunun keçmiş zabiti Şaistə Xan hazırda ABŞ-dadır. O, Taliban hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstandan qaçıb. Şaistə Xan ailəsi ilə birlikdə Kaliforniya ştatının San-Dieqo şəhərinə gəlib.

Onlar Taliban ölkəni ələ keçirdikdən sonra Əfqanıstandan təxliyə edilən minlərlə əfqanıstanlı ailələrindəndir. Xan deyir ki, avqustun 15-də Kabilin Talibanın əlinə keçməsini görmək ağrılı idi. “Əfqanlar, xüsusən də orduda qulluq edənlər üçün çox ağrılı gün idi. Hərbi geyimlərimizi, xüsusən də poqonlarımızı çıxardığımız anı heç vaxt unutmayacağam”.

Əfqanıstanın 300 minlik Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri Talibanın hücumu qarşısında dağılıb.

Taliban keçmiş hökumət işçilərinə, o cümlədən təhlükəsizlik qüvvələrinə ümumi amnistiya verib. Amma insan haqları qrupları Talibanı məhkəməsiz hökmlər verməkdə və insanların yoxa çıxmasında ittiham edir. Xan deyir ki, Talibana etibar etmək olmaz. “Taliban indi də hökumətlə işləyən hərbçi və ya mülki şəxsləri öldürür. Onlar yalançıdırlar, yalan danışırlar və vədlərinə əməl etməyəcəklər”.

Birləşmiş Millətlər Təşkilatı Əfqanıstanın dərin insan haqları böhranı ilə üzləşdiyi və Taliban dövründə ölkədə linç mühakimələrinin artdığı barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG