Accessibility links

Pentaqon: Son bir gündə Əfqanıstandan daha 19 000 insan evakuasiya edilib


ABŞ Müdafiə Nazirliyi çərşənbə günü son qoşunlarının Əfqanıstandan çıxarılmasına bir həftədən az vaxt qaldığını və son 24 saat ərzində daha 19 min amerikalı və əfqanıstanlının evakuasiya edildiyini bildirib.

Buna baxmayaraq, rəsmilərin dediyinə görə, Taliban üsyançılarının nəzarətində olan ölkədən qaçmaq ümidi ilə Kabildəki beynəlxalq hava limanına daha 10 min insan toplaşıb.

Son bir gün ərzində Kabildən hər 39 dəqiqədən bir ABŞ-ın hərbi və beynəlxalq təyyarələri daxil olmaqla, 90 reys uçub. Bir neçə həftə əvvəl əməliyyat başlayandan bəri ümumilikdə təxminən 88 min insan evakuasiya edilib.

Həmid Karzai adına Beynəlxalq Hava Limanındakı vəziyyət gərgin və xaotik olaraq qalır. Lakin Pentaqon sözçüsü Con Kirbi deyib ki, ABŞ prezidenti Co Baydenin qərar verdiyi kimi, ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatlarına avqustun 31-i son qoyulacaq və ondan sonra hava limanının təhlükəsizliyinə nəzarət "Amerikanın öhdəliyində olmayacaq".

Rəsmilər "çox sayda ümidsiz insanın ölkəni tərk etmək istədiyini" bildiklərini
deyir.

Pentaqon hava limanındakı son iyirmi ildə ABŞ əməliyyatlarını dəstəkləyən, ABŞ-a gəlmək üçün viza almış və hava limanına çatmış bütün əfqanların təxliyə ediləcəyini bildirib. Bu, hava limanına çatmaq üçün Talibanın nəzarət-buraxılış məntəqələrindən keçə bilməyən çox sayda insanı geridə qoya bilər.

Pentaqon ABŞ ordusunun hava limanından evakuasiya işlərini son tarixə, gələn çərşənbə axşamına qədər davam etdirməyi planlaşdırdığını, lakin sona yaxın ABŞ əsgərlərinin və hərbi texnikasının çıxarılmasına prioritet veriləcəyini deyib. Kirbi hazırda Kabil hava limanında 5 400 ABŞ əsgərinin olduğunu bildirib.

Demokrat Set Molton və Respublikaçı Piter Mayerin vəziyyəti qiymətləndirmək üçün Əfqanıstanın paytaxtına gözlənilməz səfərindən sonra Pentaqon ABŞ qanunvericilərini Kabilə getməməyə çağırıb.

ABŞ qanunvericiləri çarter reysi ilə Kabildan uçduqdan sonra açıqlama verib. Açıqlamada bildirilib ki, onlar vəziyyəti öz gözləri ilə gördükdən və oradakı komandirlərlə danışdıqdan sonra düşünürlər ki, Baydenin qoyduğu tarixə, çərşənbə axşamına qədər "hamının çıxarılması mümkün olmayacaq".

XS
SM
MD
LG