Əfqanıstan hərbi hava qüvvələrinin pilotu çərşənbə günü Əfqanıstanın cənubundakı Qəndəhar vilayətində vurularaq öldürülüb.
Polis Amerikanın Səsinə hərbi qüvvələrin üzvlərindən birinin öldürülməsini təsdiq etsə də, lakin başqa detallar barədə məlumat verməyib.
Təhlükəsizlik qüvvələrində adının açıqlanmasını istəməyən bir mənbə hərbi helikopterin pilotu Məsud Atalın çərşənbə günü vilayət qubernatorunun evindən təxminən bir kilometr məsafədə naməlum silahlılar tərəfindən öldürüldüyünü bildirib.
Qəndəhar sakini olan Atal Çex Respublikasında və Birləşmiş Ərəb Əmirliklərində təhsil almışdı.
Heç bir qrup pilotun ölümünə görə məsuliyyəti öz üzərinə götürməyib.
Əfqanıstanda son zamanlar xüsusən də jurnalistlərı və fəalları hədəf alan qətllərin artdığı müşahidə edilir. Son iki ayda ölkədə azı beş jurnalist öldürülüb.
Əfqanıstan daxili işlər naziri Məsud Andarabi çərşənbə axşamı ölkədə qətllərin artmasına görə Talibanı günahlandırıb.
Andarabi Əfqanıstan Senatında brifinq zamanı deyib ki, son qətllərlə əlaqədar həbs olunan şübhəlilər Talibanın jurnalistlər, dövlət işçiləri və vətəndaş cəmiyyəti fəalları kimi insanları hədəf almaq üçün bir şöbə yaratdığını açıqlayıb.
Qətllər Talibanın 2021-ci il yanvarın 5-də Dohada Əfqanistan hökumətinin nümayəndə heyəti ilə sülh danışıqlarının ikinci turuna hazırlaşdığı vaxt baş verir.