Accessibility links

Taliban amerikalılar və qərblilərin olduğu təyyarənin Kabili tərk etməsinə icazə verib


Taliban rəsmiləri ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatını avqustun 31-də başa çatdırmasından sonra Qətərin təxliyə edilən insanlarla dolu ilk çarter reysinin Kabil hava limanından Dohaya uçmasına icazə verib.

"Bu gün Amerika Birləşmiş Ştatları hökuməti ABŞ vətəndaşları və qanuni daimi yaşayış icazəsi olan sakinlərinin Qətər Hava Yollarının çarter reysi ilə Həmid Kərzai Beynəlxalq Hava Limanından ayrılmasına nail oldu. Biz təyyarənin Qətərə təhlükəsiz şəkildə endiyini təsdiq edə bilərik" - deyə Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn bildirib.

"Taliban Amerika vətəndaşlarının və qanuni daimi yaşayış icazəsi olan sakinlərin Həmid Kərzai adına Beynəlxalq Hava Limanından çarter reysləri ilə ayrılmasını asanlaşdırmaq üçün əməkdaşlıq edib. Onlar çeviklik nümayiş etdirib və bu işdə işgüzar və peşəkar davranıblar. Bu, ilk müsbət addımdır” Horn bildirib.

Horn ABŞ-ın "Amerika vətəndaşlarını, qanuni daimi sakinlərini və bizə işləyən və Əfqanıstanı tərk etmək istəyən əfqanları təhlükəsiz və nizamlı şəkildə çıxarmaq səylərini davam etdirəcəyini" də əlavə edib.

Qətərin xüsusi nümayəndəsi Mütlaq bin Məcid Əl-Kətani cümə axşamı Həmid Kərzai adına Beynəlxalq Hava Limanında jurnalistlərə bunun bir təxliyə uçuşu olmadığını, amma təyyarədə amerikalıların və qərblilərin olduğunu deyib.

Qətərin xüsusi nümayəndəsi cümə günü başqa bir çarter uçuşun da ola biləcəyini bildirib və deyib ki, insanlar "bunun normal hal olduğunu hiss etməlidirlər".

Əl-Kətani ilə birlikdə danışan Taliban sözçüsü Zabihullah Mücahid Qətər və Birləşmiş Ərəb Əmirliklərindən olan mütəxəssislərin Kabil hava limanının kommersiya uçuşlarının yenidən işə salınması üçün çalışdıqlarını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG