Accessibility links

On minlərlə qaçqın əfqan Amerikada daha yaxşı bir həyat qurmağa hazırlaşır


On minlərlə qaçqın əfqan Amerikada daha yaxşı bir həyat qurmağa hazırlaşır
please wait

No media source currently available

0:00 0:02:58 0:00

On minlərlə qaçqın əfqan Amerikada daha yaxşı bir həyat qurmağa hazırlaşır

Hazırda ABŞ hərbi bazalarında yerləşdirilən 50 mindən çox əfqan qaçqın qarşıdan gələn aylarda Amerika Birləşmiş Ştatları boyu yerləşdiriləcək. Onların çoxu Kaliforniya və Texas ştatlarına göndəriləcək.

Kaliforniyadakı əfqan mənşəli amerikalılar avqust və sentyabr aylarında San-Dieqo və Los-Ancelesdə Taliban hökumətinin repressiv və qəddar davranışlarına etiraz edib. İndi onlar əfqan qaçqınları qarşılamağa hazırlaşır. Yardım işçilərindən biri deyir ki, qaçqınlar Taliban tərəfindən idarə olunan ölkədən çıxdıqları üçün məmnundurlar. Amerika İslam Münasibətləri Şurasından Fıyaz Nəvabi: "Onlar qəbul etdiyinə görə Amerikaya, eləcə də onlara mənzil tapmağa və əsas ehtiyaclarını ödəmələrinə yardım edən Ərəb, Yaxın Şərq, Müsəlman, Cənubi Asiya cəmiyyəti olan AMEMSA-ya minnətdadırlar."

ABŞ ordusunda tərcüməçi işləyən bir əfqanıstanlı 2012 -ci ilin sonunda xüsusi immiqrant vizası ilə ABŞ-a köçüb. O, yeni gələn əfqanlar üçün təchizat toplamağa yardım edir. Eyni zamanda o, Əfqanıstanda qalanlara görə narahatdır. Lütfulla Səadət: “İnsanlar həyatlarını itirir. Taliban onları axtarır. Onlar bir şey deyir, amma başqa şey edir."

Səadət vaxtilə ABŞ ordusunda işləyən qardaşı da daxil olmaqla, ailəsinin onlarla ailə üzvünün Əfqanıstanda qorxu içərisində yaşadığını deyir.

Milyonlarla əfqan son 40 ildə ölkədəki müharibədən qaçıb. BMT-nin Qaçqınlar Təşkilatı bildirir ki, həmin qaçqınların 90 faizi hazırda İran və Pakistanda yaşayır.

Səadət deyir ki, ABŞ və müttəfiqləri onlara yardım etməli və insan haqlarına hörmətlə yanaşması üçün Talibana təzyiq göstərməlidir. "Çözüm bundan ibarətdir ki, biz Talibanın yalnız bir tayfa, bir siyasi partiyanı deyil, Əfqanıstandakı bütün irqləri və etnik qrupları təmsil edən əhatəli bir hökumətin qurduğuna əmin olmalıyıq."

Kaliforniya birinci qrupda 5 mindən çox əfqan qaçqın qəbul edəcək. Bəzi icmalar federal yardım və yerli əhalinin də addım atmasını istəyirlər. San-Dieqodan Coel Anderson: "Bu insanların hamısının yerləşdirilməyə ehtiyacı var və onların eyni dildə danışan insanların yanında yerləşdirilməsi miqrasiya həyatında onlara yardım edər."

Əfqanıstanlı amerikalılar vətənlərinin gələcəyinə nikbin baxmır, lakin yenə də dəyişikliyə ümid edirlər. "Biz azad bir Əfqanıstan, dinc bir Əfqanıstan, bütün insanların haqlarına inanan bir Əfqanıstan görmək istəyirik" - deyə, Fəyaz Nəvabi bildirir.

Bu arada isə on minlərlə qaçqın əfqan Amerikada daha yaxşı bir həyat quran insanlara qoşulacaq.

XS
SM
MD
LG