Accessibility links

Əfqanıstan qadınları təhsil və əmək hüquqlarını tələb edərək Kabildə aksiya keçirib


Çərşənbə axşamı onlarla qadın ölkədə yeni Taliban rəhbərliyi altında təhsil və iş imkanları tələbi ilə Əfqanıstanın paytaxtında etiraz aksiyası keçirib.

Yürüşə çıxan qadınlar "Niyə məktəbləri bağladınız?", "İş, yemək və təhsil" kimi şüarlar səsləndirib.

Bir qadın əlində “Biz qadınlar oyanırıq və ayrı-seçkiliyə nifrət edirik” yazılmış lövhə tutub. Digər lövhədə isə “Biz ac insanların səsiyik” sözləri yazılıb.

Şahidlərin sözlərinə görə, Talibanın təhlükəsizlik qüvvələri qadınlara qoyulan məhdudiyyətlərə etiraz edən bir qrup qadın fəal tərəfindən keçirilən aksiyanı dağıtmaq üçün xəbərdarlıq atəşi açıb.

Bir çox ölkələrin hökumətləri və insan haqları qrupları avqust ayında Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra qadın haqlarını müdafiə etmək öhdəliyinə əməl etməsi üçün Talibana təzyiq göstərir.

Taliban 1990-cı illərdə Əfqanıstanda hakimiyyətdə olduğu dövrdə qadınların hüquqlarını ciddi şəkildə məhdudlaşdırmışdı.

Taliban ölkədə qadınların səyahətinə bazar günü yeni məhdudiyyətlər qoyub. ABŞ bu addımı terror qruplaşması tərəfindən əfqan qadınlarına qarşı daha bir təhdid olduğunu deyərək, tənqid edib.

Əxlaqın Təşviqi və Nöqsanların Qarşısının Alınması Nazirliyi yaxın kişi qohumunun müşayiəti olmadan qadının 72 kilometrdən çox məsafədən artıq səfər etməsini məhdudlaşdırır. Yeni məhdudiyyət həmçinin taksi sürücülərinə yalnız maşınlarına hicablı və ya başıörtülü qadınlara minməyi təklif etməyi tövsiyə edib.

Son məhdudiyyətlər Talibanın Əfqanıstan televiziya kanallarında aktrisaların iştirak etdiyi dram və serialların nümayişini dayandırmağı, qadın xəbər aparıcılarının efirdə hicab geyinməsini tələb etməsindən bir neçə həftə sonraya təsadüf edir.

Talibanın 1996-cı ildən 2001-ci ilə qədər sərt rejimlə müqayisədə daha mötədil qaydalar vəd etməsinə baxmayaraq, bir çox vilayətdə əfqan qadınlarının əksəriyyətinin işə qayıtmasına və məktəbli qızların dərslərini bərpa etməsinin qarşısını alıb.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG