Accessibility links

Taliban Əfqanıstan əsgərlərini tez bir zamanda azad edəcək


Əfqanıstan prezidenti Əşrəf Qaninin hökumətin Əfqanıstandakı silahlı qruplaşma ilə danışıqların yaxın zamanda başlana biləcəyini deməsindən bir gün sonra, Taliban çərşənbə günü gecə təhlükəsizlik qüvvələrinin həbsdə olan üzvlərini tez bir zamanda azad edəcəyini bəyan edib.

"İslam Əmirliyi Əmirül-Möminin mərhəməti və xoşməramlı addımı olaraq, Kabil administrasiyasının qalan məhbusları Qurban bayramından əvvəl sərbəst buraxılacaq və beləliklə 1000 məhbusun azad edilməsi tamamlanacaq" - deyə, Talibanın Dohadakl sözçüsü Süheyl Şahin tvitter səhifəsində yazıb.

Əfqanıstan prezidenti Əşrəf Qani çərşənbə axşamı Talibanla hökumət arasında danışıqların qaçılmaz olduğunu və Talibanın həbsdə olan 5 min üzvünün azad ediləcəyini deyib.

"Beləliklə bir həftədən sonra Talibanla birbaşa danışıqların başlamasını səbirsizliklə gözləyirik" - deyə, o bildirib.

Hər iki tərəf müsəlmanların müqəddəs Qurban bayramında üç günlük atəşkəs barədə razılığa gəlib.

Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad çərşənbə günü Kabildə Əfqanıstanın yüksək səviyyəli rəsmiləri ilə görüşüb və son hadisələri müzakirə edib.

Prezident aparatından verilən məlumata görə, prezident Qani və keçmiş prezident Hamid Karzayın də daxil olduğu yığıncaqda atəşkəsin Qurban bayramından sonra da davam etməsi imkanları müzakirə edilib.

XS
SM
MD
LG