Cümə günü Taliban Əfqanıstanın cənubunda Qəndəhar, qərbi Herat, şimal-şərqi Qahar-e-Nəu, cənub Ləşkər Gah və strateji əhəmiyyət kəsb edən cənub-şərqi Qəzni də olmaqla, Əfqanıstanda beş vilayət paytaxtını ələ keçirdiyini bildirib.
Böyük şəhərlərin süqutu cənub Uruzqan vilayətinin paytaxtı Tarinkot, Qorun mərkəzi Firuzgah və Prezident Əşrəf Qaninin doğulduğu Şərqi Logar vilayətinin paytaxtı Pol-ə-Ələm da daxil olmaqla, ətrafdakı daha kiçik vilayət mərkəzlərinin ələ keçirilməsi Talibanın irəliləməsini asanlaşdırıb.
Taliban rəsmi bəyanatlarınla bu şəhərlərin ələ keçirildiyini iddia edib. Kabil hökuməti bu iddialara etiraz etməyib. Əslində Uruzqan qubernatoru qəbilə ağsaqqallarının və siyasi liderlərin ondan qan tökülməməsi üçün Talibana heç bir müqavimət göstərməməsini istədiklərini deyən bir video yayımlayıb və buna görə nəzarəti Talibana təhvil verib.
Taliban cümə günü Heratın keçmiş valisi, sərkərdə İsmayıl Xanın və bir neçə köməkçisinin həbs etdiyi barədə məlumatı təsdiqləyib.
Təəccüblü zəfərlər İslamçı üsyançıları ölkənin paytaxtı Kabilə bir addım da yaxınlaşdırıb. Mühasirəyə düşən Əfqanıstan Prezidenti Əşrəf Qani hökuməti döyüş meydanındakı vəziyyətlə bağlı medianın sorğularına cavab verməyib.
Taliban sözçüsü Zabihullah Mücahidin cümə günü səhər verdiyi açıqlamada son bir həftə ərzində Talibanın Əfqanıstanın 34 vilayətindən 14-nün nəzarətini əlinə aldığını bildirib.
Əfqanıstanın ikinci böyük şəhəri olan Qəndəhar günlərdir Talibanın hücumlarına məruz qalırdı.
Əfqanıstanın cənubundakı əməliyyatlardan danışan Taliban sözçüsü Qari Yusuf Əhmədi cənubdakı Helmand vilayətinin paytaxtının da Taliban nəzarətinə keçdiyini bildirib.
Əfqanıstan rəsmiləri son iki gündə verdiyi itkilər kimi Ləşkər Gahın süqutu ilə bağlı da şərh verməyib.
ABŞ Dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin Qaniyə ağırlaşmaqda olan təhlükəsizlik vəziyyətini nəzərə alaraq, Vaşinqtonun Kabuldakı mülki işçilərinin sayını azaltdığını bildirib.
"Dövlət katibi Blinken münaqişənin siyasi yolla həllinə sadiq qaldığını təsdiq edib" - deyə, Dövlət Departamenti Qani ilə söhbətdən sonra bildirib.
Tənqidçilər və beynəlxalq hərbi ekspertləri ABŞ-ın on milyardlarla dollar sərmayə qoyaraq, təlim keçdiyi Əfqanıstan təhlükəsizlik qüvvələrinin üsyançıların irəliləmələrinin qarşısını ala bilməməsi təəccübləndirir.