Accessibility links

Əşrəf Qani: Mən Əfqanıstanı Kabilin küçələrində qan tökülməsin deyə tərk etdim


Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qani çərşənbə günü deyib ki, o, keçən ay ölkəsini tərk edərək, Birləşmiş Ərəb Əmirliklərinə Taliban üsyançıları nəzarəti ələ keçirdikdən sonra paytaxt Kabilin küçələrində qan tökülməsin deyə gedib. O, gedərkən dövlətə məxsus əmlakın talan edilməsi ilə bağlı ittihamları rədd edib.

"Mən şəhərdən 1990-cı illərdəki vətəndaş müharibəsi zamanı yaşanan dəhşətlərin, küçə döyüşlərinin təkrar olunmaması üçün saray təhlükəsizlik qüvvələrinin təkidi ilə ayrıldım. Kabildən ayrılmaq həyatımın ən çətin qərarı idi, amma bunun silahları susdurmağın, Kabili və 6 milyon vətəndaşını xilas etməyin yeganə yolu olduğuna inanırdım" - deyə, Qani açıqlamasında bildirib.

72 yaşlı Qani, Əfqanıstanda demokratik bir hökumət qurmaq üçün 20 il çalışdığını, lakin onillərdir bu yolda çalışan digər hökumətlər kimi "sabitlik və rifahı" təmin edə bilmədiyini etiraf edib.

Birləşmiş Ərəb Əmirlikləri Qanini "humanitar əsaslara" görə qəbul etdiyini deyib.

Qani yaxın gələcəkdə avqustun 15-i ölkəni gözlənilmədən tərk etməsi barədə daha ətraflı danışacağını deyib. Lakin o indi "Kabildən ayrılarkən Əfqanıstan xalqına məxsus milyonlarla dolları özümlə apardığım barədə əsassız iddialara cavab verməliyəm” deyib.

Rusiyanın RİA xəbər agentliyi Qaninin Kabildən dörd maşın və bir vertolyotla dolu pulla qaçdığını və hamısı yerləşmədiyinə görə pulların az bir hissəsini geridə qoyduğunu bildirib.

Digər xəbər agentlikləri də Qaninin Əfqanıstanın dövlət xəzinəsindən 169 milyon dollar götürdüyünü iddia edib. Bu iddia Əfqanıstanın Tacikistandakı səfiri tərəfindən də irəli sürülüb.

"Bu ittihamlar tamamilə və qəti şəkildə yalandır" - deyə, Qani bildirib.

O, həyat yoldaşı ilə birlikdə "şəxsi maliyyələri ilə ehtiyatlı davrandıqlarını və bütün əmlaklarını açıq şəkildə qeydiyyatdan keçirdiklərini deyib. Qani Birləşmiş Millətlər Təşkilatının və ya digər müstəqil orqanların onun maliyyə vəziyyətini yoxlamasına açıq olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG