Accessibility links

Əfqanıstan qüvvələri Taliban həbsxanasından 62 əsgəri azad edib


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, çərşənbə günü ölkənin şimal-qərb bölgəsində keçirilən əməliyyat zamanı Taliban həbsxanasında saxlanılan 62 təhlükəsizlik işçisi azad edilib. Bu arada isə Talibanın keçirdiyi yeni hücum zamanı Əfqanıstanın təhlükəsizlik qüvvələrinin azı 18 əsgərinin öldürüldüyü bildirilib.

Müdafiə Nazirliyinin bəyanatında təhlükəsizlik qüvvələrinin gecə saatlarında əməliyyatı Badgis vilayətinin Talibana məxsus nəzarət mərkəzinin yerləşdiyi Bala Murqab bölgəsində apardığını bildirib.

Bəyənatda əməliyyat zamanı Talibanın beş keçikçisinin ələ keçirildiyi və bir neçə nəfərin öldürüldüyü deyilib. Talibanın həbsxanasında saxlanılan əsirlərin çoxu Əfqanıstan Milli Ordusunun üzvləri olub.

Taliban məsələ ilə bağlı şərh verməyib.

Rəsmilər çərşənbə axşamı üsyançıların şimalda Qunduz vilayətində hərbi bazaya hücumu zamanı əsasən Əfqanıstan Milli Ordusunun üzvləri olmaqla, təhlükəsizlik qüvvələrinin azı 18 əsgərini öldürdüyü bildirilib.

Taliban isə bəyanatında döyüşçülərin Daştı Arçı bölgəsindəki bazaya hücum edərkən, 35 əfqan əsgərinin öldürüldüyü və daha dörd nəfərin ələ keçirildiyini iddia edir. Qrup adətən döyüş əməliyyatlarındakı itki sayını şişirdir.

XS
SM
MD
LG