Accessibility links

Əfqanıstandakı qadın jurnalistlər sülh danışıqlarına öz nümayəndələrini daxil etməyə çalışır


Əfqanıstandakı qadın jurnalistlər sülh danışıqlarına öz nümayəndələrini daxil etməyə çalışır
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Əfqanıstandakı qadın jurnalistlər Kabili medianın və qadın hüquqlarının qorunmasını təmin etmək üçün sülh danışıqlarına öz nümayəndələrini daxil etməyə çağırır.

Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqları başladığı gündən bəri dördü qadın olmaqla, azı səkkiz jurnalist və media işçisi öldürülüb. Human Rights Watch təşkilatının hesabatında deyilir ki, Taliban qadınlar da daxil olmaqla, jurnalistləri hədəf alır. Ariana News-un müxbiri Zəhra Sediqi: “Qadın jurnalistlərin və fəalların məqsədli şəkildə öldürülməsindən çox narahatıq. Ümid edirik ki, bu sammit qadınlarla əlaqəli məsələlərdə müsbət bir nəticə verəcək.”

Bir qrup qadın müxbirin Əfqanıstanın Sülh Nazirliyinə müraciət edərək, Türkiyədə keçiriləcək sülh danışıqlarında iştirak edəcək Əfqanıstanıstan nümayəndə heyətinə bir qadın jurnalistin daxil edilməsini istəməsi bu səbəbdəndir. Məqsəd Talibanla hər hansı bir razılaşmada onların da hüquqlarının qorunmasının təmin edilməsidir. Khaama Press-dən Fatimə Haşim: "Qarşıdan gələn Türkiyə sammiti çox vacibdir və orada baş verənlər barədə bizə məlumat verilməsi üçün bir qadın jurnalistə ehtiyacımız var."

Əfqanıstanın nümayəndə heyəti Talibanla danışıqlar zamanı qadınlar və jurnalistlərin hüquqlarını müdafiə edəcəyini dəfələrlə bildirib. Lakin jurnalistlər bundan tam əmin olmaq istəyir. Jurnalistlərin Təhlükəsizliyi Komitəsindən Vahidə Faizi: “İstəklərimizi bir vasitəçi ilə çatdırmaq istəmirik. Jurnalistlər olaraq Türkiyə sammitində öz təmsilçimizi və istəyimizi ifadə etmək üçün orada öz səsimizin olmasını istəyirik.”

Sülh məsələləri naziri Seyid Sədat Mənsur Nadirinin dediyinə görə, Türkiyədə keçiriləcək zirvə toplantısı sülh danışıqları prosesi üçün çox vacibdir, lakin danışıqlar hökumətin hər məsələni Talibanla müzakirə edə biləcəyi səviyyəyə çatmayıb. “Prezident Qani ilə mühüm bir görüşümüz oldu və o, sülhün siyasi xəritəsini bizimlə bölüşdü. Biz konstitusiyadan danışarkən sülh prosesində və konstitusiyada qadın hüquqlarını müdafiə etməliyik .

Əfqanıstanın Müstəqil İnsan Haqları Komissiyası sülh danışıqlarında iştirak edənlərin azı 30 faizinin qadınlar olmalı olduğunu deyir. Təşkilatın sədri Şəharzad Əkbər hökumətin Türkiyə sammitinin gündəmi barədə ictimaiyyətin məlumatlandırılmadığından narahat olduğunu və müvəffəqiyyət əldə edilməsi üçün yalnız kişilərdən ibarət nümayəndə heyətinin yaxşı bir əlamət olmadığını deyib.

Sammit aprelin sonunda İstanbulda keçirilməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG