Accessibility links

Taliban Əfqanıstanda seçkilərin keçirilməsini istisna etmir


İyirmi il davam edən üsyan zamanı demokratik seçkilərə qarşı olan Taliban seçkilərin İslam qaydalarına zidd olduğunu deyərək, Əfqanıstanda seçki sahəsində çalışanlara və seçim kampaniyalarına tez-tez hücumlar edib.

Lakin indi Taliban sözçüsü deyir ki, qrup daimi hökumət qurmaq istədiyi üçün İslam qanunlarına və ya şəriətə əsaslanan bir seçki keçirməyi istisna etmir.

Talibanın Qətərin paytaxtı Dohadakı siyasi ofisinin baş nümayəndəsi Süheyl Şahin Amerikanın Səsinin Urdu xidmətinə verdiyi müsahibəsində deyib ki, bu məsələ yeni konstitusiya ilə təyin ediləcək.

"Gəlin seçkilərin keçirilib-keçirilməyəcəyini gözləyək. Gələcək üçün (planlaşdırılan) bir konstitusiyamız var. Bunu gələcəkdə, konstitusiyanı hazırlayarkən müzakirə edəcəyik, indi yox, o vaxt" - deyə, Şahin bildirib.

Talibanın baş sözçüsü Süheyl Şahin
Talibanın baş sözçüsü Süheyl Şahin

Şahinin bu dedikləri İran Prezidenti İbrahim Rəisinin bu yaxınlarda Əfqanıstanın gələcəyini müəyyən etmək üçün bu ölkədə seçki keçirilməli olduğu ilə bağlı çağırışı ilə bağlı suala cavab olub. Seçkilərin keçirilməsi ölkədəki bir çox etnik azlıqların və Talibana qarşı olanların böyük narahatlığına səbəb olub.

Çərşənbə axşamı Kabildə keçirdiyi mətbuat konfransı zamanı Talibanın müvəqqəti Xarici işlər naziri Əmir Xan Mütəki seçkilərlə bağlı sualdan yayınaraq, xarici ölkələrin Əfqanıstanın daxili işlərinə qarışmamalı olduğunu deyib.

Prezident Əşrəf Qaninin ölkəni tərk etməsindən və hökumətin dağılmasından sonra Taliban qüvvələri avqustun 15-də hakimiyyəti ələ keçirdi ki, bu da ABŞ və müttəfiqlərinin 100 mindən çox Əfqanıstan vətəndaşını təxliyə etməsinə səbəb oldu.

Hakimiyyəti ələ keçirən Taliban keçən həftə Məhəmməd Həsən Axundu müvəqqəti baş nazir təyin edərək, əsas üzvlərdən ibarət müvəqqəti hökumət elan etdi. Məhəmməd Həsən Axund və Taliban hökumətindəki bir neçə nəfər BMT-nin sanksiya siyahısındadır.

Əfqanıstanın baş naziri Məhəmməd Həsən Axund
Əfqanıstanın baş naziri Məhəmməd Həsən Axund

Son 20 ildə ölkədə yeni formalaşan demokratiya şəraitində parlamentdə işləyən və ya yüksək vəzifələrdə çalışan etnik azlıqların və qadınların yeni hökumətdə olmaması diqqət çəkib.

Lakin Taliban təyinatların müvəqqəti olduğunu vurğulayaraq, nazir vəzifəsində olmasa da qadınların işləmələrinə icazə veriləcəyini qeyd edib.

"Ölkəmizdə iqtisadi hərəkata başlamaq və insanlara əsas xidmətləri göstərmək üçün rəhbərliyimiz artıq bəzi nazirləri təyin etməli idi. Lakin bu kabinet nə tam, nə də daimidir, müvəqqəti kabinetdir" - deyə, Şahin bildirib.

Əfqanıstanın 2004-cü il Konstitusiyasının şəriət qanunlarının heç birinə zidd olmadığı deyilsə də, Taliban nizamnaməni İslam qanunlarına daha çox uyğunlaşdırmaq üçün yenidən dəyişmək istədiyini bildirib.

Taliban Əfqanıstanı sonuncu dəfə 1996-2001-ci illərdə idarə edərkən heç bir seçki keçirməyib.

Taliban üsyan etdiyi illər İslama zidd olduğunu və qərb ənənəsi ilə keçirildiyini deyərək, seçkiləri pozmaq üçün hücumlar təşkil etməkdə ittiham olunurdu. Human Rights Watch-un bildirdiyinə görə, 2019-cu ildə militantlar seçki kampaniyalarına və seçkilərlə bağlı digər fəaliyyətlərə hücum edərək, çox mülki vətəndaşı öldürüb və ya yaralayıb.

Mart ayında isə Taliban Qaninin erkən seçkilər keçirmək təklifini rədd edib və hakimiyyətin sülh yolu ilə köçürülməsi çərçivəsində istefa verməsini tələb edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG