Accessibility links

Türkiyə Talibana qadınların təhsili və inklüziv hökumət qurmaqla bağlı təzyiq göstərir


Türkiyə cümə axşamı ilk dəfə Əfqanıstanın Taliban hökumətinin liderlərini qəbul edib və İslamçı qrupa müharibə şəraitində olan Cənubi Asiya ölkəsində inklüziv bir hökumət qurmaq, əfqanıstanlı qadınların təhsildə və ictimai həyatda iştirakını təmin etməklə bağlı tövsiyələrini bir daha təkrarlayıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə axşamı qonaqlarla görüşdən sonra Ankarada televiziyada yayımlanan mətbuat konfransında Talibanın humanitar yardım və Türkiyə investisiyalarının Əfqanıstanda davam etməsini istədiyini deyib.

Taliban hökumətinin Xarici İşlər Nazirinin səlahiyyətlərini icra edən Əmir Xan Müttəqi və nümayəndə heyəti Türkiyəyə bu həftə Qətərdə ABŞ və Avropa diplomatları ilə keçirilən görüşlərdən sonra gəlib. Həmin müzakirələr zamanı Müttəqi hökumətinə sanksiyalarla təzyiq göstərmək cəhdlərinin təkcə Əfqanıstanın deyil, ümumiyyətlə dünyanın təhlükəsizliyinə hədə olacağını deyib və iqtisadi böhranın əfqan mühacirlərin köçünə səbəb olacağı barədə xəbərdarlıq edib.

Talibanın nümayəndə heyəti
Talibanın nümayəndə heyəti

"Biz beynəlxalq ictimaiyyətə Taliban rəhbərliyi ilə əlaqənin vacibliyini bildirdik. Əslində tanınma və iştirak iki fərqli şeydir" - deyə, Çavuşoğlu bildirib.

Qərbin dəstəklədiyi Əfqanıstan hökumətinə qarşı 20 il üsyan etdikdən sonra iki ay əvvəl hakimiyyətə qayıdan Taliban Kabilda yalnız kişilərdən ibarət Nazirlər Kabineti üçün beynəlxalq legitimlik axtarır. Talibanın Nazirlər Kabinetinin bir neçə üzvünün adı Birləşmiş Millətlər Təşkilatının qara siyahısındadır.

Çavuşoğlu Taliban nümayəndələri ilə danışıqlar zamanı Türkiyə tərəfin Əfqanıstanda qızların təhsili və qadınların iş həyatında məşğulluğunun əhəmiyyətini vurğuladığını deyib.

Keçən ay oğlanların orta məktəbə qayıtmasına icazə verilsə də, sərt-xətt tərəfdarı hərəkat məktəbə dönmədən əvvəl qız şagirdləri üçün "təhlükəsiz bir təhsil mühiti" yaratmalı olduqlarını deyərək, qızların təhsillərini eyni səviyyədə davam etdirməsinə icazə verməyib.

Talibanın Xarici İşlər Nazirliyinin sözçüsü vəzifəsini icra edən Əbdül Qəhar Bəlxi özünün Twitter səhifəsində Ankarada rəsmilər arasında ikitərəfli diplomatik əlaqələr, humanitar yardım, əfqan qaçqınlar və Türkiyənin Əfqanıstana ticari uçuşlarının bərpası mövzusunda geniş müzakirələrin keçirildiyini yazıb.

Taliban ölkəni ələ keçirəndən sonra Vaşinqton əsasən ABŞ Federal Ehtiyat Bürosunda saxlanan Əfqanıstanın təxminən 10 milyard dollarlıq aktivlərini dondurub. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da öz növbəsində Taliban hakimiyyəti altında insan haqları ilə bağlı narahatlıqlarını əsas gətirərək, Kabilə maliyyə yardımı və kredit proqramlarını dayandırıb.

ABŞ və digər Qərb ölkələri Əfqanıstanda inklüziv bir hökumət qurmaq, insan haqlarını (xüsusilə qadınların haqları) qorumaq, terrorla mübarizə və ifadə azadlığını məhdudlaşdırmamaq kimi vədlərini yerinə yetirməsi üçün Talibana təzyiq göstərir.

BMT Əfqanıstanda təxminən 1 milyon uşağın aclıq təhlükəsi qarşısında, 18 milyondan çoxunun təcili humanitar yardıma ehtiyacı olduğunu bildirib. Təşkilat quraqlığın dərinləşməsi və yaxınlaşan sərt qış havasının vəziyyəti daha da ağırlaşdıracağı ilə bağlı xəbərdarlıq edib.

Birləşmiş Millətlər Təşkilatı Əfqanıstanın iqtisadiyyatını xilas etmək və fəlakətin qarşısını almaq üçün milyardlarla dollara ehtiyac olduğunu bildirir. Böyük İyirmilik (G-20) ölkələri böhranı müzakirə etmək üçün çərşənbə axşamı təcili virtual toplantı keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG