Accessibility links

Bir çox qaçqın üçün divarlar, xəndəklər və tikanlı məftilləri aşmaqdan başqa çarə yoxdur


Bir çox qaçqın üçün divarlar, xəndəklər və tikanlı məftilləri aşmaqdan başqa çarə yoxdur
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Bir çox qaçqın üçün divarlar, xəndəklər və tikanlı məftilləri aşmaqdan başqa çarə yoxdur

Türkiyə ilk növbədə Əfqanıstandan böyük bir qaçqın axınının qarşısını almaq üçün İranla sərhəddə təhlükəsizliyi gücləndirir. Lakin bir çox qaçqın üçün divarlar, xəndəklər və tikanlı məftilləri aşmaqdan başqa çarə yoxdur.

Bu oğlan uşaqları və gənclərin əksəriyyəti Taliban bir neçə həftə əvvəl ölkələrini ələ keçirdikdən sonra Əfqanıstandan qaçıb. Türkiyəyə çatmaq üçün çoxları ayaqla, İrandan tikanlı məftilləri və səngərlərdən keçib.

Bəziləri jurnalistləri polis hesab edib qaçır. Onlar ya həbs olunacaqlarından, ya da sərhəddən geri İrana göndəriləcəklərindən qorxur. Ömər Nəsiri: "Dostum mənə zəng edib dedi ki, "Türkiyəyə keçən kimi polis bizi həbs etdi, döydü və İrana geri göndərdi". Mənə Əfqanıstandan zəng gələndə deyirəm ki, bu yolla gəlməyin, bu çox çətin və təhlükəlidir”.

Türkiyə daha çox qaçqının ölkəyə girməsinin qarşısını almaq üçün İranla sərhəddə inşa etdiyi üç metr hündürlükdəki divarı da genişləndirir.

Türkiyə dünyanın hər hansı bir ölkəsindən daha çox, 4 milyondan artıq qaçqın və sığınacaq istəyən insana ev sahibliyi edir. Və söhbət etdiyimiz bir çox türk bunun ölkə iqtisadiyyatına böyük yük olduğunu deyir. Lakin qaçqınlar deyirlər ki, ölkələrini, mülklərini və hətta çox vaxt ailələrini belə tərk etməyi özləri istəməyib.

Taliban Əfqanıstanı keçən ay, ABŞ-ın 20 il davam edən müharibədən sonra qoşunlarını çıxarmasından əvvəl ələ keçirdi. Ölkənin hər tərəfindən insanlar qrupun 1990-cı illərdə olduğu kimi, müxtəlif səbəblərdən mülki əhaliyə zərər verəcəyindən və ya edam edəcəyindən qorxaraq qaçmağa başladı. Bəlkə də onlar şiə müsəlmanlar, ya da işləmək, məktəbə getmək istəyən qadınlardır.

Paytaxt Kabili ələ keçirdikdən sonra Taliban Əfqanıstanı əvvəlki hakimiyyəti dövründə olduğundan daha mülayim bir şəkildə idarə etmək planını açıqladı. Lakin onilliklərdir davam edən zorakılıq və qorxudan sonra bir çox qaçqın bu yeni Talibanın daha mülayim olacağına inanmadıqlarını deyir. Nacilə: "Taliban ölkəmi işğal etdi və müharibə oldu. Orada yaşaya bilmədik, ayrılmaq məcburiyyətində qaldıq."

Bu oğlan sərhədi keçərkən ayaqlarını tikanlı məftillə yaralayıb. İyirmi gün sonra kəsiklər hələ də qanayır və heç bir dezinfeksiyaedici yoxdur. Polisdən qaçaraq, hər gün yerlərini dəyişən bu uşaqlar ac və yorğundur.

Onlar həbs olunmaq qorxusuna görə tibbi yardıma müraciət etməyəcəklərini deyir. Digər qaçqınlar isə deyir ki, divar, tikanlı məftillər və səngərlər onların üzləşdikləri ən çətin maneələr deyil.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG