Accessibility links

Əfqanıstanda zorakılıqların səviyyəsi xeyli artıb


Bu ayın sonlarında ABŞ-ın təklif etdiyi Əfqanıstan sülh danışıqlarının Türkiyədə keçirilməsinin gözləndiyi bir vaxt Əfqanıstanın hökumət qüvvələri və Taliban bazar günü bir-birlərini ağır itkilər verməkdə ittiham edib.

Əfqanıstan Müdafiə Nazirliyinin bəyanatında son 24 saat ərzində milli təhlükəsizlik qüvvələrinin bir neçə vilayətdə keçirdiyi əməliyyatlar zamanı 160-a yaxın qiyamçını öldürdüyünü, onlarla insanı yaraladığı bildirilib.

Əfqanıstan ordusunun komandirləri eləcə də qiyamçıları bir neçə aydır Talibanın nəzarətindəki cənub Qəndəhar vilayətinin Ərgəndab bölgəsindən də çıxardıqlarını bildirib.

Taliban isə bazar günü günortadan sonra paytaxt Kabildən 30 kilometr məsafədəki Paqman bölgəsində Əfqanıstan qüvvələrinin maşın karvanının bombardman edilməsində məsuliyyəti öz üzərinə götürüb.

Əfqanıstan rəsmiləri partlayış zamanı təhlükəsizlik qüvvələrindən azı üçünün öldüyünü, on nəfərdən çox insanın yaralandığını bildirib. Rəsmilər yaralananların çoxunun vəziyyətinin ağır olduğu üçün ölənlərin sayının arta biləcəyini deyib.

Adətən ölənlərin sayını artıq deyən Taliban qrupunun sözçüsü Zabihulla Mücahid qiyamçıların maşın karvanını bombalandıqdan sonra “taktiki hücumlar” həyata keçirdiklərini və “Əfqanıstan qüvvələrindən 45-ə qədərini öldürüldüyünü və ya yaralandığını” deyib.

Taliban Əfqanıstan qüvvələrinin son əməliyyatları zamanı öz itkiləri barədə məlumat verməyib. Lakin qrup yaxın günlərdə bunun qısasını alacağı və daha çox qan töküləcəyi barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG