Accessibility links

Taliban Özbəkistan və Tacikistandan Əfqanıstana məxsus təyyarə və helikopterləri geri qaytarmalarını xahiş edib


Əfqanıstanın hakim Taliban hökuməti Özbəkistan və Tacikistandan ABŞ-ın Kabildə dəstəklədiyi hökumətin keçən avqust ayında süqutu zamanı qonşu ölkələrə qaçan pilotların uçduğu Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterlərini geri qaytarmalarını xahiş edib.

Çərşənbə axşamı Əfqanıstan Hərbi Hava Qüvvələrinin paytaxtda keçirilən mərasimində çıxış edən Talibanın müdafiə naziri Məhəmməd Yaqub deyib ki, onun hökuməti heç vaxt təyyarələrinin bu ölkələr tərəfindən ələ keçirilməsinə və ya istifadəsinə icazə verməyəcək.

“Mən [Özbəkistan və Tacikistanı] hörmətlə səbrimizi sınamamağa və bizi təyyarələri geri almaq üçün] bütün mümkün cavab addımlarını atmağa məcbur etməməyə çağırıram” - deyə, Yaqub təfərrüata varmadan bildirib.

ABŞ-da təlim keçmiş Əfqanıstan Hərbi Hava Qüvvələrinin pilotları avqustun 15-də Talibanın ölkəni ələ keçirməsindən bir neçə gün əvvəl A-29 yüngül hücum təyyarələri və Black Hawk helikopterləri də daxil olmaqla, 40-dan çox təyyarədə özləri ilə birlikdə ailələrini də Özbəkistandakı təhlükəsiz yerə aparıb.

Taliban hökumətinin müdafiə naziri Məhəmməd Yaqub
Taliban hökumətinin müdafiə naziri Məhəmməd Yaqub

Özbəkistan rəsmiləri sentyabrın əvvəlində hərbi təyyarələr ölkəyə qanunsuz olaraq girdiklərinə görə yüzlərlə əfqan pilotu və onların ailələ üzvlərini deportasiya etdiklərini bildirib.

Vaşinqtonun Özbəkistanla 450-dən çox əfqanı köçürmək üçün danışıqlar apardığı və Əfqanıstan vətəndaşlarının ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərindəki hərbi bazanına köçürüldüyü deyilir.

Lakin təyyarələrin taleyi qeyri-müəyyən olaraq qalır. Avqust ayında, hökumətin süqutundan əvvəl Əfqanıstanda 164-dən çox aktiv təyyarə var idi ki, onların çoxu ölkədən çıxarılıb. Əfqan mediasının məlumatına görə, geridə yalnız 81 təyyarə qalıb.

Məhəmməd Yaqub çərşənbə axşamı etdiyi çıxışında bütün pilotları və mühəndisləri Əfqanıstana təhlükəsiz yerə qayıtmağa dəvət edib.

“Xarici ölkələrdə onlara layiqincə münasibət göstərilməz. Biz onlara hörmət edəcəyik. Onlar ölkəmizin sərvətidir” - deyə, o bildirib.

Tənqidçilər deyirlər ki, Taliban pilotları uzun illər ərzində üsyançılara qarşı hava hücumları həyata keçirdiklərinə görə ABŞ-da təlim keçmiş və təchiz edilmiş keçmiş Əfqanıstan təhlükəsizlik qüvvələrinin ən ləyaqətsiz üzvləri hesab edir.

XS
SM
MD
LG