Accessibility links

Əfqanıstan - Ən son baş verənlərin xülasəsi


Taliban Əfqanıstanın 34 vilayətinin böyük hissəsini təxminən 9 gündə ələ keçirdi. Üsyançı qrup bazar günü səhər Kabilə çatdı.

İndiyədək baş verənlərin xülasəsi:

18 avqust - Almaniyanın ilk evakuasiya etdiyi almanlar, fəallar və xarici qüvvələrlə işləyən əfqanlar Lufthansa reysi ilə Frankfurta gəlir.

17 avqust - Talibanı yaradanlardan biri, qrupun liderinin müavini Molla Əbdül Qani Bəradər Əfqanıstana qayıdır.

17 avqust - Amerika Birləşmiş Ştatları çərşənbə axşamına qədər 3200 -dən çox insanı təxliyə etdiyini və çərşənbə axşamından etibarən gündə 5000-lə 9000 arasında insanı evakuasiya etməyi hədəflədiyini bildirir.

17 avqust - ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan beynəlxalq ictimaiyyətin Talibanın insan haqlarına hörmət etmək barədəki öhdəliklərini yerinə yetirib-yetirmədiyini izləyəcəyini və "yoxlayacağını" deyir.

17 avqust - Taliban qadın hüquqlarına "İslam qanunları çərçivəsində" hörmət edəcəyini və "inklüziv İslam" hökuməti quracağına söz verir. Onlar həmçinin ümumi "əfv" elan edib və insanları geri işə çağırır.

17 avqust - Hindistan çərşənbə axşamı Kabildə 140 nəfərlik heyətdən ibarət səfirliyini evakuasiya edir.

16 avqust - Ağ Evdən yayımlanan çıxışında ABŞ Prezidenti Co Bayden ABŞ qüvvələrini Əfqanıstandan çıxarmaq qərarının "tam arxasında" dayandığını deyir. "Amerika qoşunları Əfqanıstan ordusunun özləri üçün mübarizə aparmaq istəmədikləri bir müharibədə döyüşə bilməz və ölməməlidir"- deyə, o bildirir.

16 avqust - Minlərlə mülki vətəndaş Talibandan qaçmaq üçün Kabilln beynəlxalq hava limanının uçuş-enmə zolağına toplaşır və ABŞ əsgərləri xəbərdarlıq atəşi açmalı olur. Sosial mediada əfqanların ABŞ hərbi təyyarəsinin yan tərəfindən asıldığını, habelə təyyarə havaya qalxdıqdan sonra bir adamın yerə düşdüyünü göstərən videolar paylaşılır.

15 avqust - 60-dan çox ölkə Əfqanıstandakı bütün tərəflərə müraciət edərək, istədikləri təqdirdə hər hansı bir əfqan və ya xarici vətəndaşın ölkəni tərk etməsinə icazə vermələrinə çağırır.

15 avqust - "Mən sizin həyatınızdan və gündəlik həyatla əlaqəli hər şeyə görə cavabdeh olduğumuzu bildirmək və həyatınızı yaxşılaşdırmaq üçün sizi hər şeylə təmin edəcəyimizə inandırmaq üçün buradayam"- deyə, Molla Əbdül Qani Bəradər bildirir.

15 avqust - Taliban hərbi komissiyasının yüksək səviyyəli üzvləri Kabildəki prezident sarayına gərir və Taliban döyüşçüləri şəhərdəki əsas postlarda mövqe tutur.

15 avqust - Əfqanıstan Prezidenti Əşrəf Qani vitse-prezident və digər yüksək vəzifəli rəsmilərlə birlikdə "qan tökülməsinin qarşısını almaq üçün" ölkəni tərk etdiyini təsdiqləyən bəyanat verir.

15 avqust - ABŞ-ın dövlət katibi Antoni Blinken ABŞ-ın Kabildəki səfirliyində qalan işçilərini evakuasiya etdiyini bildirir.

15 avqust - Taliban sözçüsü Zabihullah Mücahid döyüşçülərinin Baqram Hava Limanı və Pərvan Həbsxanasının nəzarətini ələ aldığını və məhkumları azad etdiyini bildirir. ABŞ-ın başçılıq etdiyi xarici missiyanın Əfqanıstandakı əsas bazası olaraq xidmət göstərən Baqramda Talibanın 5000-ə yaxın məhbusu saxlanılırdı.

14 avqust - Taliban qiymaçılar Əfqanıstan paytaxtına yaxınlaşdığı üçün ABŞ Prezidenti Co Bayden ABŞ personlaı və başqa müttəfiqlərin Kabildən təxliyə edilməsi üçün əlavə 1000 qoşunun Əfqanıstana göndərilməsini təsdiqləyir. Bundan öncə isə 3000 əsgərin gödnərilməsinə icazə verilmişdi.

14 avqust - Şimalın Bəlx əyalətinin paytaxtı Məzari-Şərif şiddətli döyüşlərdən sonra Talibanın əlinə keçir.

14 avqust - Prezident Əşrəf Qani televiziyada yayımlanan çıxışında deyir ki, döyüşlərə son qoyma üçün məsləhətləşmələr aparılır və silahl qüvvələrin canlanmasına çağırır.

14 avqust —Taliban şənbə günü günortadan sonra şərqdəki Kunar əyalətinin paytaxtı Əsədabadı ələ keçirir.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG