Accessibility links

ABŞ Əfqanıstanda zorakılıqların artmasının Talibanla anlaşmanın pozulmasına gətirib çıxara biləcəyini bildirir


Amerika Birləşmiş Ştatları Əfqanıstanda yüksək həddə çatan zorakılıqların Vaşinqtonun Taliban üsyançıları ilə sülh razılaşması və Əfqanıstanın daxili sülh danışıqlarının pozulmasına gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edib.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad bu xəbərdarlığı bazar ertəsi Talibanın Helmənd vilayətində genişmiqyaslı hücumları da daxil olmaqla. Əfqanıstan təhlükəsizlik qüvvələrinə qarşı hücumları artırdığı vaxt verib.

"Bizim gözləntimiz zorakılıqların azalacağı və dayandırılacağı olub və belə də qalır" - deyə, Xəlilzad yazdığı silsilə tvitlərin birində bildirib.

19 il sürən Əfqanıstan münaqişəsinə son qoyulmasını təşviq etmək üçün fevral ayında ABŞ-ın Talibanla imzaladığı tarixi sülh müqaviləsindən sonra ölkədə zorakılıqların “əhəmiyyətli dərəcədə” azalacağına ümid edilirdi.

Bazar günü üsyançı qrup ABŞ hərbi qüvvələrini müqavilənin şərtlərini pozmaqda ittiham edib. ABŞ ordusunun sözçüsü dərhal ittihamı rədd edib və əksinə, Talibanı sülh prosesinə zərər verməkdə günahlandırıb.

Xəlilzad üsyançı qrupun ittihamlarını əsassız və “provokativ ritorika” adlandıraraq, bunun barışıq prosesinin irəliləməsinə əngəl olduğunu deyib. O, Əfqanıstandakı hərbi əməliyyatların tədricən azaltmaq üçün ABŞ-Taliban paktının bütün maddələrinə və Vaşinqtonun Kabillə Əfqnıstanda zorakılıqların tədricən azaldılmasına dair anlaşmasına ciddi riayət olunmasının vacibliyini vurğulayıb.

Xəlilzad qeyd edib ki, onun nümayəndə heyəti Talibanla son görüşləri zamanı müqaviləyə uyğun olaraq Əfqanıstanda zorakılığın və itkilərin azaldılması üçün tədbirlər görməyə razı olub.

Əfqan əsilli ABŞ diplomatı razılaşmanın Helmənddə hərbi əməliyyatların azalmasına gətirib çıxardığını, lakin ümumilikdə ölkədə zorakılıqların səviyyəsinin hələ də yüksək olaraq qaldığını deyib.

XS
SM
MD
LG