Accessibility links

Yaponiyalı həkim və 5 həmkarı Əfqanıstanda qətlə yetirilib


Əfqanıstanın şərqində naməlum silahlılar çərşənbə axşamı bir yaponyalı yardım işçisini və onun beş həmkarını qətlə yetirib.

Rəsmilər hadisənin Nanqarhar vilayətinin Cəlalabad şəhərində baş verdiyini deyib.

Vilayət hökumətinin sözçüsü Amerikanın Səsinə deyib ki, doktor Tetus Nakamura və Yaponiya Tibbi Xidmətlər (JMS) qeyri-hökumət təşkilatının üzvləri layihə üzərində işləmək üçün tibbi obyektə getdikləri zaman hücuma məruz qalıb.

“Silahlılar yaponiyalı həkimi, onun sürüşüsü və cangüdəninin olduğu maşını atəşə bölgəyə çatanda tutub. Bundan sonra başını qaldıran yaponiyalının sağ qaldığını görən silahlılar bir də atəş açaraq, onu öldürüb” - deyə, hadisənin şahidlərindən biri bildirib.

BMT-nın Əfqanıstandakı missiyası doktor Nakamuranın qətlini qınayaraq, "ömrünün çox hissəsini ən çox yardıma ehtiyacı olan əfqanlara kömək edən bir insana qarşı mənasız zorakılıq aktı" olduğunu deyib.

Taliban şahidlərin dediyinə görə, azı üç nəfər silahlının maşını atəşə tutaraq qaçdıqları hücumda əli olduğunu inkar edib.

XS
SM
MD
LG