Accessibility links

Əfqanıstanda mina təmizləyən təşkilat üzvlərinə hücum -10 nəfər ölüb


Əfqanıstan rəsmiləri çərşənbə günü silahlı şəxslərin ölkədəki minaları təmizləyən beynəlxalq xeyriyyə qurumuna hücum etdiyini xəbər verir. Nəticədə azı 10 nəfərin öldüyü və 10-dan çox insanın yaralandığı bildirilir.

Britaniya mərkəzli HALO Trust təşkilatının düşərgəsinə ölümcül hücum gecə vaxtı həyata keçirilib. Düşərgə Taliban üsyançıları ilə şidddətli döyüşlərin baş verdiyi Şimal Bağlan əyalətində yerləşir.

Əyalət polisinin sözçüsü Amerikanın Səsinə bildirib ki, qurbanların hamısı minalardan təmizlənmə düşərgəsində işləyən Əfqanıstan vətəndaşları olub. Üsyançılar onları qətlə yetirməzdən əvvəl bir otaqda toplayıb.

Talibanın sözçüsü Zabihullah Mücahid isə "dəhşətli" hücumun həyata keçirildiyi Bağlan bölgəsinin qiyamçılar tərəfindən idarə edilmədiyini deyərək məsuliyəti üzərindən atıb.

“Müdafiəsiz insanlara qarşı hücumları qınayırıq və bunu vəhşilik kimi qiymətləndiririk. Bizim QHT-lərlə normal münasibətlərimiz var, mücahidlərimiz heç vaxt bu cür vəhşilik etməzlər” - deyə, Mücahid Twitterdə bildirib.

Hücuma məruz qalan HALO Trust təşkilatı 100-dən çox yerli minatəmizləyənin ərazidə humanitar missiyalar həyata keçirdiyini bildirib.

“(Silahlı) qrup düşərgəyə daxil oldu və atəş açdı. Əfqanıstanın şimalındakı yerli icmalardan təxminən 110 kişi düşərgədə idi və yaxınlıqdakı mina sahələrində işlərini bitirdilər” - ,deyə təşkilat Twitterdə yaydığı açıqlamada bildirib.

Birləşmiş Millətlər Təşkilatı günahkarların məsuliyyətə cəlb edilməsi üçün hadisə ilə əlaqədar tam bir təhqiqat aparılmasını tələb edir.

BMT-nin Kabil üzrə koordinatoru Ramiz Ələkbərov hadisə ilə bildirib ki, mina və digər partlayıcı maddələrin təmizlənməsi və müdafiəsiz insanlar həyatının yaxşılaşdırılması üçün çalışan bir təşkilatın hədəf alınması mənfur bir haldır.

HALO Trust təşkilatı Əfqanıstandakı fəaliyyətinə hələ 1988-ci ildə ildə ölkənin on illik Sovet ittifaqı işğalı altında olunduğu vaxt fəaliyyətə başlayıb. Təşkilat Afrika, Asiya, Avropa, Yaxın Şərq və Cənubi Amerika da daxil olmaqla, müharibədən sonra mina çıxarılması, qalıqların təmizlənməsinə ehtiyac duyulan bölgələrdə fəaliyyət göstərir.

XS
SM
MD
LG