Yanvarın 10-da Əfqanıstanın dörd vilayətində Talibanın təhlükəsizlik məntəqələrinə hücumlarında azı 32 təhlükəsizlik əməkdaşı öldürülüb.
Hücumlar Kunduz, Bağlan, Taxar və Badğis vilayətlərində törədilib.
Kunduz vilayətində 10 əsgər və polis qətlə yetirilib, 11-i yaralanıb. Həmin döyüşlərdə 25 talibançının da öldürüldüyü bildirilir.
Bağlan və Taxarda isə Talibanın 16 hökumətyönlü döyüşçünü qətlə yetirdiyi bildirilir. Taliban da itki verib.
Badğis vilayətində altı təhlükəsizlik əməkdaşı öldürülür, 10-u yaralanıb.
Taliban sözçüsü Zeybullah Mücahid qruplaşmanın hücumlara görə məsuliyyəti götürdüyünü bildirib. O, Talibanın onlarla əfqan əsgəri öldürdüyünü, xeyli silah-sursat ələ keçirdiyini vurğulayıb.