Accessibility links

Əfqanıstanda ABŞ-ın hərbi qulluqçusu öldürülüb


Əfqanıstanda şənbə günü ABŞ-ın hərbi qulluqçusu həlak olub. Bu barədə NATO-nun başçılıq etdiyi Qətiyyətli Dəstək missiyası yaydığı bəyanatda bildirib.

Bəyanatda əlavə məlumat verilməyib və yaxınlarına xəbər verilməyənədək hərbi qulluqçuların adları açıqlanmayıb.

Bununla 2019-da Əfqanıstan ölən ABŞ hərbi qulluqçularının sayı yeddiyə çatıb.

Əksəriyyəti amerikalılardan ibarət təxminən 20 min xarici qoşun ABŞ-ın başçılıq etdiyi NATO missiyasının bir hissəsi olaraq əfqan qüvvələrinə təlim keçir, yardım edir və məsləhətlər verir. Bəzi ABŞ qüvvələri radikal islamçı militant qruplara qarşı terrorla mübarizə əməliyyatları həyata keçirir.

Birləşmiş Millətlər Təşkilatının fevral ayında yaydığı hesabatında bildirilib ki, ABŞ-ın başçılıq etdiyi qüvvələr hava hücumlarını artırandan və intiharçı bomba hücumlarının sayı artandan sonra ötən il rekord 3804 nəfər əfqanıstanlı mülki şəxs həyatını itirib.

ABŞ prezidenti Donald Tramp Əfqanıstanda 18 ildir davam edən müharibəyə son qoymaq üçün Talibanla siyasi razılıq əldə etmək istəyir. Lakin Taliban rəsmi sülh razılığına daxil olmadan öncə xarici qüvvənin ölkədən tamamilə çıxmasını istəyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG