Accessibility links

Əfqanıstanda ABŞ ordusunun üzvü öldürülüb


Kabildəki ABŞ ordusu bildirir ki, paytaxtda baş verən hücum nəticəsində bir ABŞ ordusu üzvü öldürülüb.

Qətiyyətli Dəstək xidmətinin sözçüsü birinci serjant Debra Riçardson şənbə günü bəyanatda bildirib ki, hücum zamanı bir digər ordu üzvü də yaralanıb.

Hesabatda bildirilir ki, hücumçu Əfqanıstan təhlükəsizlik qüvvələrinin üzvü olub və ilkin məlumatlar onun digər əfqan qüvvələri tərəfindən dərhal öldürüldüyünə işarə edir.

İki ordu üzvü tibbi helicopter vasitəsilə Bagram Aerodromuna aparılıb, orada yaralanan əsgər tibbi müalicə alır, vəziyyəti sabitdir.

Hadisə ilə bağlı istintaq aparılır.

Riçardson deyib ki, ölən ordu üzvünün adı yaxın qohumlarına bildiriləndən sonra ictimailləşdiriləcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG