Accessibility links

Əfqanıstanda getdikcə daha çox qadın maşın sürür


Əfqanıstanda getdikcə daha çox qadın maşın sürür
please wait

No media source currently available

0:00 0:01:53 0:00

Əfqanıstanda qadınlar bir çox sosial və mədəni tabuları aşmağa məcbur olublar. Buna maşın sürmək də daxildir. Əfqanıstanın Bəlx vilayətində qadınlara maşın idarə etməyi öyrədən Lailuma Ehsan deyir ki, qadınların maşın sürə bilmələri çox mühümdür.

Əfqan qadınları əvvəlkindən daha müstəqildirlər. Onlar fundamentalist Taliban rejimi 20 il öncə hakimiyyətdən devriləndən bəri böyük irəliləyişlər əldə ediblər.

Dünya boyu bir çox ölkədə qadınların maşın sürmələri adi hal olsa da, Əfqanıstanda bu hələ də belə deyil.

Bu artıq bir mobil telefon kimi insanın günlük həyatının mühüm bir hissəsidir. Mən düşünürəm ki, maşın hər evə, bəlkə hətta hər insana lazımdır.
Lailuma Ehsan

Lailuma Ehsan isə vəziyyəti dəyişmək niyyətindədir.

O, sürücülük vəsiqəsini alandan qısa müddət sonra başqa qadınlara maşın sürməyi öyrətməyə qərar verib. Bu səbəbdən də qadınlar üçün sürücülük məktəbi açıb.

“Bir il boyunca işə maşınla gedib gələndən sonra başqa qadınlar mənə yaxınlaşıb, onlara da maşın sürməyi öyrətməyimi istədilər. Mən də başqlarına xidmət etmək qərarına gəldim. Ona görə də, dörd il öncə bu məktəbi açdım” , Lailuma deyir.

Ehsan inanır ki, avtomobil idarə edə bilmək insanı gücləndirir.

“Bu artıq bir mobil telefon kimi insanın günlük həyatının mühüm bir hissəsidir. Mən düşünürəm ki, maşın hər evə, bəlkə hətta hər insana lazımdır”, o söyləyir.

Mojda Hotak bu yaxınlarda sürücülük dərslərini bitirib, sürücülük vəsiqəsini alıb. O, Əfqanıstanda qadınların sosial təzqiylərə qarşı çıxmalı olduqlarına inanır.

Biz təkcə cəmiyyətin deyil, həm də ailəmizin önümüzə qoyduğu çətinliklərlə üzləşirik. Amma fikrimcə biz bu təzyiqlərə boyun əyməməliyik.
Mojda Hotak

“Biz təkcə cəmiyyətin deyil, həm də ailəmizin önümüzə qoyduğu çətinliklərlə üzləşirik. Amma fikrimcə biz bu təzyiqlərə boyun əyməməliyik”, o söyləyir.

Bəlx vilayətinin Yol Polis İdarəsi bildirir ki, vilayətin paytaxtı Məzar-i-Şərifdə rekord sayda qadın sürücülük vəsiqəsi alıb.

“Biz Məzar-i-Şərifdə qadınların avtomoil idarə etməyi öyrənmək imkanlarının olmasına görə məmnunuq. Bu il biz 300-dən çox qadına sürücülük vəsiqələri vermişik, 200 qadın isə təlimlərdən keçir”, Balx Nəqliyyat Təlim Mərkəzinin sədri Abdullah Səadət bildirib.

Qadınlar müstəqilliyə bir addım daha yaxınlaşdıqlarını hiss etsələr də, onlar hələ də sükan arxasında çox sayda təzyiqlərə məruz qalırlar.

XS
SM
MD
LG