Accessibility links

Əfqanıstanda hava hücumu zamanı 40 mülki vətəndaş həlak olub


Helmənd vilayətinin məclis üzvünün verdiyi məlumata görə, bazar günü gecə Əfqanıstanın cənubunda keçirilən hava hücumu zamanı qadın və uşaqlar da daxil olmaqla, toyda iştirak edən adamlardan ən azı 40 nəfər ölüb, 13 nəfər yaralanıb.

Hacı Əbdül Məcid Axund Amerikanın Səsinə bildirib ki, hücumun baş verdiyi Musa Qala rayonunun sakinləri toy mərasimi barədə vilayət hakimiyyətini əvvəlcədən məlumatlandırıblar.

Helmənd şəhərinin səhiyyə işçiləri 13 mülki şəxsin Laşkargah şəhər xəstaxanasına yerləşdirildiyini, yaralılardan birinin aldığı xəsarətlər nəticəsində xəstəxanada öldüyünü təsdiq edib.

Helmənd vilayətinin qubernatorunun sözçüsü Ömər Zavak hücumu təsdiqləyib, ancaq dinc əhali arasında itkilər barədə məlumatların təsdiqlənmədiyini və hökumətin təhqiqat apardığını bildirib. O əlavə edib ki, ərazidə əməliyyatlar aparan militantlara qarşı keçirilmiş reyd zamanı 13 Taliban üzvü öldürülüb.

Bundan əlavə, Əfqanıstanın Müdafiə Nazirliyi hərbi qüvvələrin Musa Qaladakı əməliyyatında beş pakistanlı və bir banqladeşli daxil olmaqla azı 22 Taliban üzvünün qələ yetirildiyini, 14 militantın saxlanıldığını bildirib.

Qonşu Qəndəhar vilayətinin qubernatorluğundan verilən açıqlamada hədəfin Əl-Qaidə olduğu bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG