Accessibility links

Əfqanıstanda iki Amerika əsgəri həlak olub


Əfqanıstanda NATO-nun başçılıq etdiyi təhlükəsizlik alyansı Amerikanın iki əsgərinin ölkənin şərqində pusqu zamanı həlak olduğunu bildirib. Bununla bu ilin əvvəlindən ABŞ hərbi qüvvələrinin Əfqanıstanda verdiyi tələfatların sayı doqquza çatır.

NATO-nun Qətiyyətli Dəstək missiyasının çərşənbə günü açıqladığı bəyanatda deyilir ki, həlak olan əsgərlərin kimliyi onların ailələrinə xəbər verilmədən açıqlanmayacaq. Amerika əsgərlərinin necə və harada həlak olduğu ilə bağlı digər detallar açıqlanmayıb.

Talibanın açıqladığı bəyanatda döyüşçülərin çərşənbə axşamı günü Əfqanıstanın şərqindəki Vardak vilayətində ABŞ hərbi qüvvələrinin iki əsgərinin pusquya salınıb öldürüldüyü bildirilib. Üsyançı qrupun sözçüsü Zabihullah Mücahid hücumun Sayedabad vilayətində törədildiyini bildirib. Onun Amerika əsgərlərinin ölümü ilə nəticələnmiş eyni insidenti qeyd edib-etməməsi aydın deyil.

ABŞ dövlət katibi Mayk Pompeo Əfqanıstan prezidenti Əşrəf Qani və yüksək səviyyəli rəsmilərlə görüş zamanı, 25 iyun, 2019.
ABŞ dövlət katibi Mayk Pompeo Əfqanıstan prezidenti Əşrəf Qani və yüksək səviyyəli rəsmilərlə görüş zamanı, 25 iyun, 2019.

ABŞ dövlət katibi Mayk Pompeo Amerika əsgərlərinin qətlə yetirilməsini faciə adlandıraraq, onların ailələrinə başsağlığı ifadə edib.

ABŞ hərbi qüvvələrində bu son tələfatlar Pompeonun Əfqanıstan prezidenti Əşrəf Qani və digər yüksək səviyyəli liderlər, eləcə də müxalif siyasətçilərlə Vaşinqtonun ölkədə 18 ildir gedən müharibəyə son qoyulması üçün Talibanla razılığın əldə edilməsi səylərini müzakirə etmək üçün Kabilə səfərindən bir gün sonraya təsadüf edir.

ABŞ və Talibanın müzakirəçiləri danışıqların yeni raundunun keçirilməsi üçün şənbə günü Qətərdə görüşməyi planlaşdırır. Pompeo Əfqanıstanı tərk etməzdən əvvəl müxbirlərə deyib ki, o, ölkədə sentyabrın 28-də prezident seçkilərindən öncə “sentyabrın 1-nə qədər” sülh razılığının əldə ediləcəyinə ümid bəsləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG