Əfqanıstanın Nanqarhar vilayətinin polisi bildirir ki, cümə günü intiharçı bomba hücumçusu hökümət tərəfdarı yarı-hərbi qüvvənin komandirinin evində keçirilən toya hücum edib. Nəticədə azı 5 nəfər ölüb, 14 nəfər yaralanıb.
Yarı-hərbə dəstənin lideri Malik Turun evində baş verən bomba partlayışından sonra yaralılar yerli xəstəxanaya çatdırılıb. Malik Tur hücum nəticəsində ölüb. Polis hücumda onun hədəf alındığını güman edir.
Bir şahidin Reuters xəbər agentliyinə verdiyi məlumata görə, hücumçu çox gənc olub, təxminən 13 yaşında. Şahidlər bildirir ki, o, üzərindəki partlayıcıları insanlar ona yaxınlaşıb kim olduğunu soruşanda partladıb.
Heç bir qrup hələ ki, hücumun məsuliyyətini üzərinə almayıb.
İslam Dövləti qrupunun militantları son illər hökümət binaları, məktəblər və yardım qruplarına qarşı bir sıra intiharçı hücumlar edib. Həm Taliban, həm də İŞİD Əfqanıstanın şərqində geniş mövcudluğa malikdir. Yerli İŞİD qrupunun istinadgahı Nanqarhar vilayətində yerləşir.