Accessibility links

Əfqanıstanda intiharçı hücumu 12 nəfərin ölümü, 30 adamın yaralanmasına səbəb olub


Əfqanıstanın Xost vilayətindəki hərbi baza məscidində intiharçı hücumu 12 nəfərin ölümü, 30 adamın yaralanmasına səbəb olub. Məlumatı vilayət qubernatoru Hükm Xan Həbibi verib.

Əfqanıstanın Milli Ordusunun sözçüsü kapitan Abdulla hadisənin insanların daha çox iştirak etdiyi cümə namazı zamanı baş verdiyini deyib.

Əfqanıstanın Tolo xəbər agentliyi bildirib ki, ölənlərin hamısı Əfqanıstanın Milli Ordusunun 2-ci alayının üzvləridir.

Partlayışla bağlı istintaq aparılır. Hücum Kabildə onlarla insanın öldürüldüyü intihar hücumundan 2 gün sonra baş verib.

Son zamanlar Əfqanıstanda təhlükəsizlik durumu ağırlaşıb. Bu ilin yanvar və iyun ayları arasında təxminən 1700 nəfər öldürülüb.

Prezident Əşrəf Qaninin bildirdiyinə görə, 2015-ci ildən, Əfqanıstanın təhlükəsizlik məsuliyyətini NATO-dan almasından sonra təhlükəsizlik qüvvələrinin 30 minə yaxın üzvü həlak olub.

XS
SM
MD
LG