Accessibility links

Əfqanıstanda intiharçı hücumu nəticəsində 3 NATO əsgəri öldürülüb


Əfqanıstanda intiharçı hücumu nəticəsində 3 NATO əsgəri öldürülüb. Bir amerikalı və iki əfqan əsgəri hadisə zamanı xəsarət alıb.

Öldürülənlərin Çex Respublikasından olduğu təsdiq edilib.

NATO missiyası hücumun harada törədildiyini bildirməyib. Əfqanıstan rəsmiləri isə hücumun Pərvan vilayətində həyata keçirildiyini bildirib. Bu vilayət paytaxt Kabildən 60 kilomertr şimalda yerləşir.

Hücumdan bir neçə saat öncə NATO Taliban Amerikanın hərbi konvoyuna qarşı taktiki hücum barədə xəbərdarlıq edib. Taliban sözçüsü Zabihullah Mücahid 8 amerikalı əsgərin öldürüldüyünü və ya yaralandığını iddia edib.

Pərvan vilayəti Amerikanın ən böyük bazasının yerləşdiyi bölgədir. Orada Baqram hava bazasının yerləşir.

XS
SM
MD
LG