Accessibility links

Əfqanıstanda intihar hücumu nəticəsində üç ABŞ əsgəri və bir podratçı ölüb


Taliban Əfqanıstan paytaxtı Kabil ətrafında üç ABŞ əsgəri və bir amerikalı podratçının ölümülə nəticələnmiş bomba partlayışına görə məsuliyyət öz üzərinə götürüb.

Digər üç ABŞ əsgəri bazar ertəsi baş vermiş hücum zamanı yaralanıb.

Bağram Hava Bazası, Əfqanıstan
Bağram Hava Bazası, Əfqanıstan

Əfqanıstanda ABŞ hərbi qüvvələrinin sözçüsü, ordu polkovniki Deyvid Batler Amerikanın Səsinə bildirib ki, bomba ABŞ-ın Əfqanıstandakı ən böyük hərbi bazası olan Bağram hərbi hava bazası yaxınlığındakı təhlükəsizlik patrulunun yanında partlayıb.

Bomba hücumu ABŞ rəsmilərinin Talibanla həll yolu tapılması üçün danışıqları aparıldığı vaxta təsadüf edir.

Bu ilin əvvəlindən Əfqanıstanda yeddi ABŞ əsgəri öldürülüb.

XS
SM
MD
LG