Accessibility links

Əfqanıstanda məsciddə baş verən partlayış nəticəsində 30-dan çox insan ölüb


Əfqanıstanın Qəndahar şəhərindəki məsciddə bomba patlayışı nəticəsidə 32 nəfər həyatını itirib. Yerli Mirvais Xəstəxanasından bir mənbənin verdiyi məlumata əsasən 70-dən çox yaralı var.

Partlayış böyük izdihamın olduğu cümə namazı zamanı baş verib.

Sosial mediada paylaşılan foto və videolarda məscidin içərisində qanlı bir görüntü var. İbadətə gələnlər yaralıları ordan çıxarmağa çalışır.

Talibanın nümayəndəsi Bilal Karimi Amerikanın Səsinə verdiyi məlumatda partlayışın baş verdiyini təsdiqləyib. O bildirib ki, "günahkarları müəyyənləşdirmək və onları mühakimə etmək üçün" istintaq başladılıb.

Hələ ki, heç kim partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Bundan cəmi bir həftə əvvəl də cümə namazı zamanı Kunduz şəhərindəki məsciddə partlayış nəticəsində 50 nəfər həyatını itirib. Hücuma görə məsuliyyəti İslam Dövlətinin Xorasan qolu öz üzərinə götürüb.

Dəfələrlər edilən hücumlara baxmayaraq Talibanın İnformasiya Nazirinin müavini Zabidulla Mücahid Amerikanın Səsinə verdiyi müsahibədə İslam Dövlətinin ciddi bir təhlükə yaratmadığını bildirib.

Onun sözlərinə görə, İslam Dövlətinin Xorasan qolunun son həftələrdə həyata keçirdiyi hücumlarının artmasının səbəbi Taliban ölkəni ələ keçirdikdən sonra həbsxanları açaraq qruplaşmanın üzvlərini sərbəst buraxması olub.

"Qüvvələrimiz kök salmağa çalışır. Ötən həftə və bu həftə İslam Dövləti ilə əlaqəli bir neçə şəxsi həbs etdik və bir neçə sığınacağını məhv etmişik. Biz onların bir çox hücumlarının qarşısını almışıq" deyə Mücahid bildirir.

Bu, avqustun 15-dən bəri İslam Dövlətinin Xorasan qolunun həyata keçirdiyi dördüncü hücumdur.

XS
SM
MD
LG